Cümə , 5 Dekabr 2025

Gündəm

Aktaudakı təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

“Azərbaycan Hava Yolları” QSC-nin Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsində həyatını itirmiş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam məbləğdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliklərinin birgə yaydığı açıqlamada bildirilir. “Qəza nəticəsində …

Read More »

G1: Braziliya HHQ AZAL-ın qəzaya uğramış təyyarəsinin qara qutularının açılmasını başa çatdırıb

Braziliya HHQ-nin Aviasiya Hadisələrinin Təhqiqatı və Təqdim edilməsi Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qara qutularının açılmasını başa çatdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Braziliyanın G1 portalına qurumdakı mənbələr məlumat verib. “İki qara qutudan məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”, – onlar bildiriblər. “O Globo” qəzetinin qeyd etdiyi kimi, qurum …

Read More »

Makron Azərbaycanı ittiham etdi, rəsmi Bakı onun dediklərini “təxribat” adlandırdı

Fransa Prezidenti Rusiyanın Azərbaycanı Qarabağdakı hərəkətlərinə görə dəstəklədiyini deyib Fransa Prezident Emmanuel Makron Fransa səfirləri qarşısında ənənəvi çıxışı zamanı deyib ki, Rusiya, Azərbaycan nümayəndələri və amerikalı iş adamı İlon Mask Avropa seçkilərinə müdaxilə edib. Makron qeyd edib ki, Fransa seçkilərində bəzi xarici müdaxilələr olub. Bu ölkə “öz ərazilərinin əksəriyyətində, xüsusən də son aylarda Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxiləyə məruz qalıb”. Emmanuel …

Read More »

Rüfət Səfərovun anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

Tahirə Tahirqızı bildirib ki, ölkədən çıxışına qadağanı Daxili İşlər Nazirliyi qoyub Hazırda həbsdə olan “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir. Bu barədə “Turan”a məlumat verib. O bildirib ki, ölkədən çıxışına qadağanı Daxili İşlər Nazirliyi qoyub. “Rüfətin atası Eldar Sabiroğlu ağır parkinson xəstəsidir. Bunu Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da …

Read More »

Tbilisi məhkəməsi Əfqan Sadıqovun apellyasiya şikayətinə baxacaq

O, 107 gündür Gürcüstan hökumətinin ekstradisiya qərarına etiraz olaraq aclıq edir Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş azərbaycanlı jurnalist, Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından şikayətə baxacaq. Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib. Onun sözlərinə görə, Əfqan Sadıqov 107 gündür Gürcüstan hökumətinin ekstradisiya qərarına …

Read More »

“AZAL”ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat yanvarın sonunda açıqlanacaq

Qazaxıstanda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq. Bu barədə “Report”un Qazaxıstan bürosuna Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Belə ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya …

Read More »

Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin xilas edilməsində iştirakına görə bu ölkənin Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları dövlət mükafatlarına layiq görülüblər. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Manqistau Vilayəti Administrasiyasının rəhbəri Nurdaulet Kilıbay Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, 19 nəfərə orden və medalları təqdim …

Read More »

Qazaxıstanda təyyarə qəzası ilə bağlı araşdırmanın hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək

2024-cü il dekabrın 25-də Qazaxıstanda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın yekun hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək. Bu barədə “TASS”a Qazaxıstanın Nəqliyyat Nazirliyindən məlumat verilib.“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer E190AR” markalı, 4K-AZ65 dövlət nömrə nişanlı təyyarə ilə baş vermiş aviasiya qəzasının təhqiqatı Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf nazirinin müvafiq əmrinə …

Read More »

Tiktokerlərin həbsi: “Hakimiyyət sosial şəbəkələrə nəzarəti gücləndirir”

“Qadağalar, həbslər və sosial mühəndisliklə məşğul olmaq, “yel dəyirmanı” ilə savaşmaq kimi bir şeydir” Son bir həftədə Azərbaycanda 10-dan çox “TikTok” istifadəçisi həbs olunub. Daxili İşlər Nazirliyindən bildirilir ki, onlar “TikTok”da əyləncə yarışları təşkil etməklə əxlaqsızlığın təbliği ilə məşğul olurlar. Sonradan həbs olunanların bəzilərinə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 244-1 …

Read More »

İlham Əliyev: “Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir”

“Rusiya vaxtında üzr istəmək əvəzinə birinci üç gün ərzində cəfəng versiyalar səsləndirib” Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına (AzTv) müsahibə verib. Prezident müsahibəsində Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin Rusiya ərazisində, Qroznı yaxınlığında xaricdən zədə aldığını, idarəetməni itirdiyini deyib. O, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsinin də böyük dərəcədə zədələndiyini bildirib. Təyyarənin radioelektron mübarizə vasitələri ilə idarəolunmaz hala salındığını …

Read More »