Şənbə , 29 Mart 2025

Gündəm

Mübariz Mənsimovun ətrafındakı halqa getdikcə daralır – VİDEO

Qubad İbadoğlunun həbsindən və Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımovun vasitəsilə şəbəkələşən FETÖ-çü dəstənin ilkin ifşasından sonra bir məqam xüsusilə diqqətçəkən oldu. Xaricdə fəaliyyət göstərən anti-Azərbaycan ünsürlərin fəallaşması. Sözügedən ünsürlərin canfəşanlığından asanlıqla anlaşılır ki, onlara tələm-tələsik tapşırıqlar verilib və onlar diqqət yayındırmaq, gündəmi dəyişmək və cılız qisasçılıq niyyəti ilə nə isə etməyə çalışırlar. FETÖ-nün önəmli elementlərindən biri olduğu artıq heç …

Read More »

BMT TŞ-nin iclası ilə eyni gündə hərbi təxribat… – XİN

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan çəkinməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyənatda qeyd olunub. “Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunduğu kimi, avqustun 16-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd göstərsə də Ermənistanın bu növbəti təxribatının qarşısı alınıb və diversiya qrupunun bir üzvü saxlanılıb. …

Read More »

Salatın Əsgərovanın oğlu ASCO-nu məhkəməyə verib?

Bəzi Kütləvi İnformasiya Vasitələrində Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini (ASCO) məhkəməyə verməsi barədə məlumat yayılıb. Sözügedən məlumat əsassızdır və həqiqəti əks etdirmir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi məlumat yayıb. “Media nümayəndələrindən xahiş edirik ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların …

Read More »

Jurnalist deputatı ÇƏTİN DURUMA SALDI – Bunlar nə yeyirlər… nə içirlər…

“Deputat İqbal Məmmədovun sualıma cavabı…ikinci sualımı sildi”. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalist Məğrur Salmanov status paylaşıb. Deputat İqbal Məmmədovla “facebook”da dialoqa girən jurnalistin qeydlərindən belə aydın olur ki, hörmətli millət vəkilimiz çətin anlar yaşayıb. Hətta rəsmi qaydada, öz dili ilə qanunları pozduğunu da etiraf edib.Görünəni odur ki, “məni öz biznesimi kiməsə bağışlamalı idimmi?” deyə sual edən deputatımız qanunqayıran …

Read More »

TƏBİB sədrinin saxta diplomlu kadrı: Sumqayıt səhiyyəsi görün kimə həvalə edilib?

Xeyli müddətdir ki, bir media qurumu olaraq Sumqayıt Səhiyyə Şöbəsinin keçmiş müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin ( Publik Hüquqi Şəxsin) direktoru Səkinə Sadıxovanın qanunsuz əməlləri barədə araşdırma yazıları dərc edirik. Oxucuda aydın təsəvvür yaranması üçün qeyd edək ki, bu Tibb Mərkəzinin nəzdində xeyli sayda xəstəxana, polkilinika, Təcili Tibbi Yardım Stansiyası və digər tibb müəssisələri var. Yəni TƏBİB rəhbərliyi bütün bunları …

Read More »

İki azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada gedən müharibədə əslən azərbaycanlı olan Orxan Mahir oğlu Əzizli və Ramiz Abuzər oğlu Qədirli həlak olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan hər iki şəxsin Xerson istiqamətində gedən döyüşlər zamanı həlak olduqları bildirilir. Həmyerlilərimizin cənazəsinin yaxın günlərdə doğulduqları kəndə gətirilməsi gözlənilir. Allah rəhmət eləsin!

Read More »

Sabir Rüstəmxanlı: Məni bu münaqişəyə qatmayın!

Neftçala rayonunda mənim bir nəfərə guya xüsusi himayədarlıq göstərərək, onun qeyri-qanuni şəkildə 100 ha torpaq sahəsi götürməsinə kömək etməyim barədə sosial mediada əsası olmayan bir xəbər gördüm. Neftçala camaatına və bütün oxuculara bildirirəm ki, bu məlumat ağ yalandır. Boyukmillet.com xəbər verir ki, bu barədə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı paylaşımında bildirib. “Seçicilərimdən aldığım müraciətlərə, şikayətlərə baxmaq mənim borcumdur və imkan …

Read More »

Ermənilər Yevlaxa gəlməkdən imtina etdi, bütün razılaşmalar pozuldu

Son günlər ərzində beynəlxalq tərəfdaşların səyləri nəticəsində “Ağdam-Xankəndi” yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiyanın “Kommersant” qəzetində dərc edilmiş məqalədə əksini tapmış fikirlərə münasibətində bildirilir. “Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi …

Read More »

Səbinə Əliyeva Vaqif Xaçatryana baş çəkdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib. Boyukmillet.com xəbər verir ki, ombudsman tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində milli və beynəlxalq hüquq normalarının, o cümlədən BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya …

Read More »

Rusiyalı iş adamı Vadim Voinkov Moskva – Bakı- İrəvan marşrutunda niyə var-gəl edir?..

Bugünlərdə metalurgiya sahəsilə ilə bağlı kiçik araşdırma aparırdım. Qarşıma olduqca maraqlı məlumat çıxdı və hesab etdim ki, bu mövzunu mütləq içtimailəşdirmək lazımdır. Məlumdur ki, dünyada metalurgiya xammalı və bu sahəyə aid olan hazır məhsulların istehsal həcminə görə Rusiya aparıcı yerlərdən birini tutur. Azərbaycan neft və qaz istehsal edən ölkə olduğu səbəbindən belə məhsullara böyük tələbatı var. İstər dövlət qurumları, istərsə …

Read More »