“Xahiş edirəm, bizim müraciətlərə diqqətlə yanaşsınlar. Biz əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün görülən tədbirlərdən çox danışırıq. Bu sahədə müəyyən islahatlar aparılır. Başa düşmürük, necə olur ki, ildən-ilə əhalinin narazılığı azalmaqdansa, artır”, Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib. Deputat bildirib ki, işsizlik, sosial yardımların düzgün bölünməməsi, qohumbazlıq, rüşvətlə iş görmək, əhali üçün ayrılmış …
Read More »“Hacı Şahin iranpərəstlər tərəfindən bütləşdirilir”
“Biz Hacı Şahini cəhalətə qarşı çıxdığına görə təqdir edirdik. Amma ölümündən sonra o, cəhalətin katalizatoruna çevrilib. Biz onu Azərbaycan İslamını İranın təsirindən çıxarmaq istiqamətindəki fəaliyyətinə görə alqışlayırdıq. Amma o, iranpərəstlər tərəfindən bütləşdirilir”.Boyukmillet.com xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Vüsal Məmmədov bildirib. Jurnalist daha sonra qeyd edib: “Sual yaranır: Bu halda Hacı Şahinin Azərbaycan üçün oynadığı rol nədən ibarət olub?! …
Read More »“Azərlotereya” Naxçıvanda 4 yeni qumar məntəqəsi açmağı böyük “uğur” sayır? – Videotənqid
Azərbaycanın lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-yə məxsus “Misli” brendi Naxçıvan Muxtar Respublikasında faəliyyətə başlayıb. Naxçıvanda məntəqələrin açılış mərasimində çıxış edən “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu fəaliyyətin uğurlu olacağına inamını ifadə edib: “Naxçıvanda ilk rəsmi mərc operatoru məntəqəsinin – “Misli” və “Azərlotereya” olaraq açılışı səbəbi ilə burada olduğumuz üçün çox şadıq. Naxçıvana gəldiyimizdən bəri burada …
Read More »Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verilib
Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən məlumat verib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə …
Read More »“İnstpower” fırıldağı – Minlərlə vətəndaş pul itirdi
Azərbaycanda məşhurlaşmış fırıldaqçılıq üsullarından biri olan “İnstpower” piramidasının da fəaliyyətini dayandırdığı bildirilir. Piramidanın adminlərinin sistemi söndürdüyü deyilir. Boyukmillet.com Marja.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, şişirdilmiş vədlərə aldanmış minlərlə vətəndaş sistemə yatırdığı pulunu geri ala bilmədiyini söyləyir. İnstpower”in adminləri məlumat yayıblar ki, sistem bağlanmayıb, sadəcə “investorların” hesablarına pulun köçürülməsində problem yaranıb. Həmçinin məlumat yayıblar …
Read More »Bakıda hipermarketə silahlı basqının detalları: “Qabaqcadan hazırlanan…”
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev martın 4-də hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı bəzi açıqlamalar verib. “Xəbərertəsi” verilişinə qonaq olan DİN rəsmisi basqının çox peşəkar şəkildə təşkil edildiyini, hətta silahlı şəxslərin təhlükəsizlik kameralarını belə əvvəldən nəzərə aldığını bildirib: “Bu cinayətlə bağlı əməliyyat-istintaq işinə toxunmadan ümumi olaraq bildirim ki, cinayət çox yaxşı təşkil …
Read More »Bakıda “Bravo”da atışma olub
Bakıda “Bravo” Supermarket Şəbəkəsində atışma olub. Boyukmillet.com xəbər verir ki, hadisə Xətai rayonundakı “Bravo” Əhmədli Hipermarketində qeydə alınıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.
Read More »Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
Bərdədə “Heydər Əliyev İli” münasibətilə yüksək səviyyəli konfrans təşkil edilib Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, martın 3-də Bərdə şəhərində “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” adlı işgüzar konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Azərbaycan …
Read More »“Azəriqaz”ın “Başdan ayağa” aksiyası davam edir – VİDEO
SOCAR “Azəriqaz” İB-nin rəhbər heyətinin təşəbbüsü ilə ərsəyə gələn “Başdan ayağa” aksiyası paytaxtla yanaşı, artıq bölgələri də əhatə edir. Boyukmillet.com xəbər verir ki, Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri İdarənin Qəza xidmətinin əməkdaşlarına dəstək olmaq məqsədi ilə abonent tərəfindən daxil olan müraciətin birinin icrasını öz üzərinə götürüblər. Ətraflı video materialda:
Read More »Tağı Əhmədovun “Ə, bir-bir”inə , Abid Şərifovun “Alabala”sına cavab verməyəndə, Bayram Səfərov da “Sa nə var?” deyəcəkdi…
Jurnalistlər qarşısında ilk kobudluğu Bayram Səfərov etdi və “gedin savadlanın”, deməklə onları toplu halında təhqir etmiş oldu. Təəssüf ki, mikrafonlarının loqoları göz deşən, media təmsilçilərindən heç kim ona layiqli cavab verə bilmədi. Əslində, icra başçısl işlədiyi ifadəyə görə elə sərt cavabı da haqq edirdi. Çünki özü zır savadsız ola-ola, bir neçə jurnalisti savadsızlıqda ittiham edirdi. Düzü, mən susan jurnalistlərin kimlər …
Read More »