Çərşənbə , 2 Aprel 2025

Gündəm

Prezident və xanımı akademik Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib. Boyukmillet.com “Report”-a istinadən xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabandakı məzarı üzərinə qoyulub. Qeyd edək ki, Ç.Qacar bu gün 92 yaşında vəfat edib.

Read More »

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin televizya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki, hazırda teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır. Şəhərin əsas simvollarından birinin Azərbaycanın dövlət bayrağı rənglərində işıqlandırılmasının hansı münasibətlə olduğu hələ açıqlanmayıb. Qeyd edək ki, teleqüllə son dəfə mayın 28-də – Respublika günündə Azərbaycan bayrağının rənglərinə bürünmüşdü.

Read More »

Rektor: “ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik”

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı zamanında Şuşada fəaliyyət göstərib. Kollektivin çoxu Xankəndində işləyib. Şuşa işğal edildikdən sonra kollektiv qısa müddətlik Gəncədə, sonradan isə Ağcabədidə yerləşib. İstəyirik ki, həmin filialı yenidən Şuşaya köçürək”. Boyukmillet.com xəbər verir ki, bunu universitetin rektoru Cəfər Cəfərov deyib. Onun sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli …

Read More »

Elə müsabiqə keçirmək istəyirik ki, jurnalistlərin əməyi layiqincə qiymətləndirilsin – MEDİA-nın şöbə müdiri (MÜSAHİBƏ)

Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Trend-ə müsahibəsində Agentliyin jurnalistlər üçün elan etdiyi müsabiqənin yeni şərtlərindən və üstünlüklərindən danışıb. Boyukmillet.com Trend -ə istinadən N.Məmmədli ilə olan müsahibəni təqdim edir: – Bu gün MEDİA elan etdiyi fərdi jurnalist müsabiqəsi bu vaxta qədər elan olunmuş müsabiqələrdən nə ilə fərqlənir? – Jurnalistlərimizin fərdi bilik və bacarıqlarının inkişaf …

Read More »

Fulya Öztürk: İki həmkarımın ölüm xəbəri məni dərindən sarsıtdı

İki həmkarımın, azərbaycanlı jurnalistlərin ölüm xəbəri hamı kimi, məni də dərindən sarsıtdı. Boyukmillet.com xəbər verir ki, bunu türkiyəli jurnalist, “CNN türk” telekanalının müxbiri Fülya Öztürk bildirib. Erməni vəhşiliyinə qarşı səfərbər olmağın vacibliyini vurğulayan F.Öztürk deyib: “Buradan bütün dünyaya erməni vəhşiliyinin qarşısının alınması üçün səfərbər olmağın vaxtının çoxdan çatdığı mesajını vermək istəyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyir, media dünyasına və şəhidlərin ailələrinə …

Read More »

Azərbaycan istehsalı olan aqrodronlar Bakıdakı sərgilərdə nümayiş etdirilib

Bu gün “Bakı Ekspo Mərkəzi”ndə 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2021) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan 2021) sərgiləri işə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış iki illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın …

Read More »

Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Azərbaycana gəlir

Sabah “Bakı Ekspo Mərkəzi”ndə işə başlayacaq 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro 2021” ilə əlaqədar Türkiyədən 35 nəfərlik nümayəndə heyəti Azərbaycana gələcək. Onların arasında qonşu ölkənin kənd təsərrüfatı nazirinin müavini də var. Bu barədə “Report”a Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Toğrul Qafarbəyli məlumat verib. Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi barədə danışıqlar aparılacaq, o cümlədən …

Read More »

Bu gündən Bakıda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılır

Bu gün səhər saat 06:00-dan Bakıda şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq. Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Qeyd edilib ki, 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də …

Read More »

Pyer Qasli: “Bakıda podiuma çıxacağımı gözləmirdim”

“İnanılmazdır. Nə deyəcəyimi bilmirəm. Yarış möhtəşəm idi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü yeri tutan “Alpha Tauri” komandasının pilotu Pyer Qasli deyib. Fransalı sürücü Bakıda podiuma çıxacağını gözləmədiyini bildirib: “Amma sonunda bunu bacardıq. Həqiqətən inanılmazdır”. Qasli bugünkü yarışın çox çətin keçdiyini sözlərinə əlavə edib. Qeyd edək ki, Azərbaycan Qran-prisini “Red Bull”dan Serxio Peres qazanıb. …

Read More »

Rövnəq Abdullayev Marius Vizerlə görüşdü

Dünya çempionatının keçirildiyi Macarıstanın Budapeşt şəhərində səfərdə olan Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer arasında görüş olub. ACF-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə R.Abdullayev M.Vizeri növbəti 4 il müddətinə dünya cüdo təşkilatının rəhbəri seçilməsi münasibətilə təbrik edib. O, Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, ölkə idmançılarının Yay Olimpiya …

Read More »