Gündəm

Sülhməramlıların Şuşada nə işi və ya 41-45 abidəsini özümüz bərpa edə bilmırik?..

Az əvvəl Rusiya sülhməramlılarının komandan müavini general Sergey Jmurinin təəccüb doğuran bəyanatına rast gəldim: “Hazırda Şuşadayıq və Azərbaycan tərəfi ilə birgə Böyük Vətən müharibəsi qəhrəmanlarına qoyulmuş abidəni qaydaya salırıq…” General belə deyib. Boyukmillet.com-un xəbərinə görə, bunu özünün Facebook səhifəsində politoloq, “Bakı Xəbər” qəzeti və eyniadlı saytın təsisçisi və baş redaktoru Aydın Quliyev yazıb. Politoloq daha sonra yazır: Əvvəla, Azərbaycanın nəzarətindəki …

Read More »

Aslan İsmayılov: “Səfir Elmira Axundova dərhal geri çağırılmalıdır” — Nizami Gəncəvi ilə bağlı skandal BÖYÜYÜR…

“Xarkov şəhərində Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxan Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova dərhal geri çağırılmalıdır”. Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov səfir Elmira Axundovanın Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçməsinə münasibət bildirərkən deyib. Aslan İsmayılov bu xəbəri eşidəekən öncə inanmaq istəmədiyini bildirib: “Bu xəbəri mən bir …

Read More »

Saxta tarixə saxta siyasi dəstək verən “demokratik” ABŞ – YAP İdarə Heyəti üzvünün yazısı

Baydenin siyasətdə əsl çəkisini və rolunu rəqibi Tramp düzgün ölçmüşdü Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti Co Baydenin 24 aprel “erməni xalqının anım günü” çıxışında 1915-ci ildə Osmanlı imperiyası ərazisində guya bu məzlum xalqın 1 milyondan artıq nümayəndəsinin “soyqırım”a məruz qalması barədə açıqlaması nəinki “demokrat”ik ABŞ adına, ümumilikdə tarix, ədalət və siyasət kimi ciddi konyukturlara da böyük zərbə oldu. Gerçəklikdən uzaq …

Read More »

Daha bir xəstəxananın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi

18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşlardan daxil olan müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan xəstəxananın …

Read More »

Ermənilərdən türk ailəyə DƏHŞƏTLİ HÜCUM – YARALILAR VAR

Fransada 40 nəfərlik radikal erməni qrupun türk ailəsinə hücum etməsi nəticəsində 4 nəfər yaralanıb. Boyukmillet.com  xəbər verir ki, radikal ermənilər Saint-Die-Des Vosges qəsəbəsində türk ailənin evinə daxil olaraq onlara hücum edib. Ailənin adını açıqlanmayan üzvü türk mediasına deyib ki, aprelin 24-də bir erməni oğlunun üzərinə avtomobil sürüb və bu zaman mübahisə yaranıb. Bu hadisədən sonra ermənilər dünən 40 nəfərlik qrupla …

Read More »

Paşinyan vəzifəsindən istefa verdi

Ermənistan Baş naziri Nikol Paşinyan istefa verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Paşinyan xalqa müraciətində deyib. “Konstitusiya müddəalarını həyata keçirmək və parlamenti buraxmaq üçün bu gün istefa verirəm”, – Paşinyan bildirib.

Read More »

ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı – Türkiyədəki ABŞ-ın diplomatik qurumları bağlanır

ABŞ-ın Ankaradakı səfiri David Satterfild Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Türkiyə XİN məlumat yayıb. Bəyanatın beynəlxalq hüquq baxımından qanunsuz olduğu səfirin diqqətinə çatdırılaraq bildirilib ki, bu açıqlama Türkiyə xalqını dərindən təsirləndirib və Türkiyə-ABŞ əlaqələrinə dərin yara vurub. ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” bəyanatından sonra bu ölkənin Türkiyədəki diplomatik nümayəndəlikləri təhlükəsizlik səbəbindən müvəqqəti olaraq bağlanacaq. Qeyd olunub …

Read More »

Ərdoğandan erməni patriarxa çağırış: Qarabağdan sonra…

Artıq türklər və ermənilər olaraq bütün maneələri birlikdə aşmaq üçün inkişaf etdiyimizi nümayiş etdirməliyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin erməni patriarxı Sahak Maşalyana məktubunda bildirib. “Hamınızın da bildiyi kimi, bu məsələdə həmişə səmimi davranmış və məsələni öz məcrasında həll etməyə çalışmışıq. Ermənistanla münasibətlərimizi mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirməyə hazır olduğumuzu həmişə …

Read More »

Ermənilərin köçürülməsi qərarını kim verib? – Foto

Bu gün bütün Avropada nəinki türkofobiya, həmçinin islamofobiya da çox körüklənir. Bu əlbəttə, liberal dəyərlərlə pərdələnərək ictimai şüurlara hökm kəsilməyə başlayan avropa milliyətçiliyidir. Bunun da əsas təbiğçiləri Fransa və Almaniyadır. Əslində Almaniya siyasiləri çox gözəl anlayırlar ki, Birinci Dünya savaşında bütün cəbhələrdə baş verən proseslərə Almaniya hərbi komandalığı məsuliyyət daşıyırdı. Çünki bütün Osmanlı cəbhəsindəki hərbi və mülki əməliyyatlar öncə alman …

Read More »

Məhərrəmovların “kitabı” niyə bağlandı? – SƏBƏBLƏR

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı müzakirələr səngimir. Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi olmuş Anar Məhərrəmovun atasının güdazına getdiyi iddiası var. Abel Məhərrəmov oğlunun geri çağırılmasından sonra açıqlamasında onun işsiz qalmayacağına ümid etdiyini açıqlayıb. Lakin onun ümidlərinin doğrulmayacağı …

Read More »