Bazar , 6 Aprel 2025

Gündəm

Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşüb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 462 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 6 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 333 min 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 324 min 565 nəfər müalicə olunaraq sağalıb, …

Read More »

Peyvənd olunanların sayı açıqlanıb

Mayın 31-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 407 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 227 nəfər olub. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 253 min 216-ya bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 352 min …

Read More »

Gülənin qardaşı oğlu saxlanıldı – FOTO

FETÖ təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülen Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən xaricdə tutularaq Türkiyəyə gətirilib. Bu barədə “TRT Haber” xəbər verir. Məlumata görə, o, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir. Səlahəddin Gülən FETÖ-nin gizli quruluşları ilə təşkilatın lideri Fətullah Gülən arasında əlaqəni təmin edirmiş. Hazırda onunla bağlı araşdırma aparılır. (modern.az)

Read More »

Nazirlik Zakir Fərəcovun səlahiyyətli nümayəndəsini CƏRİMƏLƏDİ

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı H.Z.Tağıyev qəsəbəsi, Xəzri Bağları 2 massivi ərazisində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib. Nazirlikdən verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna …

Read More »

Əlilliyi olan şəxslər TƏBİB-in binası qarşısında etiraz edib

Bir neçə əlilliyi olan şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) binası qarşısında etiraz nümayiş etdirirlər. Boyukmillet.com xəbər verir ki, onların əsas narazılığı əlillik təyinatları ilə bağlı olub. TƏBİB-dən “Report”a bildirilib ki, narazı vətəndaşlar qurumun nümayəndələri tərəfindən qəbul edilib və şikayətləri dinlənilir. Vətəndaşlara məlumat verilib ki, əlillik və pensiya təyinatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən aparılmır: “Tİbb …

Read More »

Prezidentin köməkçisindən Bahçelinin tvitinə reaksiya: “Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir”

“Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfdən minnətdarlıqla qarşılanmışdı”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərtac-a açıqlamasında deyib. Hikmət Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən …

Read More »

Mübariz Mənsimovun limanı ilə bağlı qalmaqal: “Mən olsam, 48 saat içində oradan ayrılaram” – Nazir xəbərdarlıq etdi, sabiq nazir istefa verdi

Türkiyədə mafiya başçısı hesab olunan Sedat Pekerin sabiq Daxili işlər naziri Mehmet Ağarın “Palmali” şirkətinin sahibi Mübariz Məsimovu öldürtmək istədiyini, hətta bu məqsədlə “Lotu Quli” kimi tanınan rəhmətlik Nadir Səlifovun deport qərarını ləğv etdirməsi və sair kimi sensasiyalı iddiaları ardaş ölkə ilə yanaşı, Azərbaycanda da böyük maraq oyadıb. Boyukmillet.com xəbər verir ki, Sedat Peker “dərin dövlət” adlandırdığı Mehmet Ağarın Mübariz Məsimova …

Read More »

Ersin Tatardan Anastasiadisin sözlərinə etiraz: “Təhdid və şantajlara boyun əyməyimiz mümkün deyil”

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar “Şərtlərimiz qəbul edilməzsə, AB-Türkiyə münasibətlərinin müzakirə ediləcəyi AB Sammitinə veto qoyacağıq” deyən Kiprin yunan idarəçilyinin başçısı Nikos Anastasiadisin sözlərinə etirazını bildirib. Boyukmillet.com xəbər verir ki, Ersin Tatar təhdid və şantajlara boyun əyməyəcəklərini bəyan edib.  Ersin Tatar Anastasidis tərəfindən irəli sürülən AB, Türkiyəyə və ŞKTC-yə qarşı təhdid və şantajla əlaqəli şərtləri qəbul etməyin …

Read More »

ABŞ kəşfiyyatı Mərakeşdə saxlanılan Sedat Pekəri alıb BƏƏ-yə apardı və… – Misirli jurnalist Türkiyəyə qarşı kirli oyunun arxa planını açıqladı (SENSASİON VİDEO)

Misirli jurnalist Sabir Məşhur Birləşmiş Ərəb Əmirliklərində gizlənərək Türkiyənin dövlət və hökumət adamları haqda iddialarla çıxış edən mütəşəkkil cinayətkar şəbəkə başçısı Sedat Pekərlə bağlı sensasion açıqlamalarla çıxış edib.  Boyukmillet.com  xəbər verir ki, Pekərin Türkiyədən qaçış olayını, Mərakeşdən BƏƏ-yə təslim edilməsi hekayəsini anladan Məşhur, ABŞ kəşfiyyatının bu məsələdə rolunu açıqlayıb. Misirli jurnalistin bildirdiyinə görə, Mərakeş polisi Pekəri ölkədə həbs edərək ABŞ-ın …

Read More »

Şəhid ailəsi “Kontakt Home”un yardımından imtina etdi

Xəbər verdiyimiz kimi, “Kontakt Home” mağazalar şəbəkəsi Vətən müharibəsində şəhid olan Adilov Şirəli İlham oğlunun evinə gələrək, mağazadan borca götürdüyü mebelləri aparıb. Bununla bağlı məsələ ictimailəşdirildəkdən sonra “Kontakt Home” şəhidin bütün borclarını ləğv edəcəyini bildirmişdi. Boyukmillet.com xəbər verir ki, bu gün isə şəhidin anası “Kontakt Home” gedərək, oğlunun bütün borclarını ödəyəcəyini bildirib. Belə ki, mağaza rəhbərliyi şəhid anasına avtomobil və …

Read More »