Dağlıq Qarabağın bir hissəsindəki separatçı qrupun “təhlükəsizlik şurasının” başçısı kimi təqdim olunan Vitali Balasanyan Qaregin Njdenin Xocavənd şəhərindəki heykəlinin sökülməsini təklif edib. Bu barədə məlumatı mayın 5-də separatçı rejimin başqa bir nümayəndəsi – Artak Mkrtçyan və Ermənistan Milli Məclisinin müstəqil deputatı Sofiya Ovsepyan AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna bildiriblər. Mkrtçyanın sözlərinə görə, “ağsaqqallar şurası” şəhər sakinlərinin tələbi ilə Balasanyanın təklifini rədd …
Read More »Baş Prokurorluq icra başçısının müavini barədə təqdimat verdi
Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Baş Prokurorluqdan verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Səbail RİHB-nin birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının …
Read More »Putin və Makron Qarabağla bağlı konkret təşəbbüslə çıxış edəcəklər
“Rusiya Prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər”. Boyukmillet.com xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib. O, aprelin 26-da E.Makron ilə V.Putin arasında telefon danışığının baş tutduğunu xatırladıb. Diplomatın sözlərinə görə, Fransa prezidenti hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb. …
Read More »Sabunçu icra başçısının fəaliyyətində nöqsanlar aşkarlanıb, ona iradlar tutulub
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtdakı istirahət parkları, bağlar və “Abad məhəllə”lərin hazırki vəziyyəti ilə bağlı video konfrans formatında müşavirə keçirilib. BŞİH-in Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son illərdə Prezident İlham Əliyevin səyləri nəticəsində Bakı şəhəri parklar şəhərinə çevrilib və bu proses davam etməkdədir. Praktiki olaraq şəhərin bütün rayonlarında çoxsaylı …
Read More »“İranın verdiyi mükafat bizə lazım deyil” — Polad Həşimovun anası medalı qaytardı
“İranın verdiyi mükafat bizə lazım deyil” Bir müddət öncə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və Dini Lider Seyid Əli Xamneyinin Bakıdakı rəsmi nümayəndəsi Əli Əkbər Ocaqnejad general Polad Həşimovun ailəsini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “Tvitter” səhifəsində paylaşım etmişdi. Səfir bildirmişdi ki, səfirliyin hərbi attaşesi və dini rəhbərin Azərbaycan …
Read More »Vahid Ələkbərov oğlunu “Spartak” rəhbərliyinə gətirdi FOTO
Rusiyanın “Spartak” klubunun Direktorlar Şurasına iki yeni üzv qəbul olunub. Boyukmillet.com-un məlumatına görə, bunlar Zarema Salihova və Yusuf Ələkbərovdur. Salihova eyni zamanda klubun Audit və Mükafatlandırma Komitəsinə rəhbərlik edəcək. O, “qırmızı-ağlar”ın prezidenti və səhmdarlarından biri Leonid Fedunun həyat yoldaşıdır. Yusuf Ələkbərov isə klubun daha bir səhmdarı, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun oğludur. Hər iki şəxs səhmdarların ümumi yığıncağının qərarı ilə …
Read More »Mehdiabad bələdiyyəsinin sədri cərimələnib
Daxili İşlər Nazirliyinin (DİN)Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. DİN-dən verilən məlumata görə, mayın 1-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) …
Read More »Bakıda qadınları şantaj edən saxta polis tutulub – FOTOLAR
Bakıda özünü polis kimi təqdim edərək qadınları şantaj edən şəxs müəyyən edilərək tutulub. Boyukmillet.com DİN-ə istinadla xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin həyata kerdiyi əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan 1986-cı il təvvəllüdlü Elnur Sultanov saxlanılıb. Həmin şəxsin əməllərindən zərər çəkənlərin polisə müraciət etmələri tövsiyə olunub.
Read More »Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclasının Bakıda keçirilməsi gözlənilir. Boyukmillet.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə baş tutacaq proses gələn həftəyə təyin edilib. Qeyd edək ki, İ.Vəliyev və digərləri …
Read More »Cəmil Həsənlinin qızının görüntülərinin yayılması ilə bağlı cinayət işi açılıb
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sosial şəbəkələrdə intim görüntülərinin yayılması ilə bağlı cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov “Report”a bildirib ki, videoda olan şəxs müəyyən olunub: “Görüntülərlə bağlı Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hazırda istintaq getdiyi üçün …
Read More »