Şənbə , 29 İyun 2024

Gündəm

Komitə sədri tənqid edildi: “Kabab qonaqlığı vermək, şəkərbura-paxlava paylamaq…”

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov sərt tənqid edilib.Boyukmillet.com-un xəbərinə görə, F.Muradov sosial şəbəkədəki hesabında Azərbaycan diasporunun xüsusi fəallıq göstərdiyini yazıb. F.Muradov bildirib ki, Tovuz hadisələri və Vətən müharibəsi başlayan gündən Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dünya azərbaycanlıları ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirilib, soydaşlarımız tərəfindən müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlanıb, …

Read More »

Azərbaycana qarşı hərbi cinayətlər törədən ermənilər barədə həbs qərarı verildi

Nəsimi Rayon Məhkəməsində Azərbaycanda müharibə cinayətləri və terrorçuluq əməlləri törətmiş ermənilər barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılıb. Boyukmillet.com xəbər verir ki, hakim Ramin Xəlilov və hakim Elməddin Hüseynovun sədrlik etdiyi iclaslarda təqdimatlar təmin edilib və qiyabi qərar çıxarılıb. Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-cü (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 114-cü (muzdluluq), 120-ci (qəsdən adam öldürmə), 186-cı …

Read More »

45 gün komada qalan Vətən müharibəsi qazisi şəhid olub

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Natiq Mahmudov şəhid olub. Boyukmillet.com xəbər verir ki, o, 45 gün komada qalıb. Həkimlərin səylərinə baxmayaraq, N.Mahmudovun həyatını xilas etmək mümkün olmayıb. Qazi Zaqatala şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib. Allah rəhmət eləsin!

Read More »

Epidemiya əleyhinə rejimin pozulmasına görə cərimələr artırıldı

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb Boyukmillet.com xəbər verir ki, dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılıb. Dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə …

Read More »

Ərdoğan jurnalistlərə “kovid dərmanı” payladı – MARAQLI GÖRÜNTÜLƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Ömər Öztürk Məscidində cümə namazı qılıb. Prezident daha sonra məscid yaxınlığındakı mağazadan alış-veriş edərək onu müşayiət edən jurnalistlər və vətəndaşları fındıqlı sucuk və digər şirniyyatlara qonaq edib. Ərdoğan ətrafındakılara “sizə ciddi deyirəm, bununla bəslənənə kovid-movid yoluxmaz. Bununla bəslənin, koviddən qurtulun” deyib. (publika.az)

Read More »

Daha bir ölkə Qarabağla bağlı qərəzli qətnamə qəbul etdi – XİN-dən SƏRT REAKSİYA

Dekabrın 24-də Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatası tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi ilə bağlı qərəzli qətnamə qəbul edilib. Parlamentin Xristian-Sosialist Siyasi Partiyasının ermənipərəst üzvü Klod Viseler tərəfindən irəli sürülən bu qətnamədə bölgədəki vəziyyətlə bağlı həqiqətlər təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı tamamilə əsassız ittihamlar irəli sürülür. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. …

Read More »

Tarif Şurasından “dərman mafiyası”na XƏBƏRDARLIQ

“Koronavirus pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbat artıb. Bu səbəbdən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər gücləndirilib”. Bu barədə modern.az-ın dərman bazarındakı bahalaşama və qıtlıqla …

Read More »

Naxçıvanla dəhlizlə yox, tarixi ərazimizlə birləşməliyik

Azərbaycan-Ermənistan sərhədinin bərpa edilməsi və mübahisəli ərazilərlə bağlı müzakirələrə ehtiyac var. Məsələ ondadır ki, iki ölkə arasında sərhədlər keçən əsrdə bir yox, bir neçə dəfə Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə dəyişdirilib. Real sərhədlər isə Paris Sülh Konfransı ilə təsdiqlənən xəritələrdədir. Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan-Ermənistan sərhədinin bərpa edilməsi ilə bağlı aparılan işlər haqda danışarkən …

Read More »

Zəngəzura tarixi qayıdış: Muxtariyyət məsələsi gündəmdə

Azərbaycan Respublikasının Prezidenti 10 dekabrda Bakıda keçirilən Zəfər Paradında zamanında Azərbaycandan zorla qoparılaraq Ermənistana verilmiş Zəngəzur bölgəsinin və İrəvan şəhərlərinin tarixi Azərbaycan torpaqları olduğunu qeyd etdi. Bu fikirlərdən sonra Azərbaycan siyasi sferasında Zəngəzurla bağlı bir sıra fikirlər səsləndi. Həmin fikirlərdən biri də 1988-ci ilədək həmin ərazilərdə yaşamış azərbaycanlıların oraya qaytarılması və muxtariyyət məsələsinin gündəmə gətirilməsi təklifi olub. Təkliflərə əsasən Zəngəzurda …

Read More »