Cümə , 19 Aprel 2024
Drone Cameras

Paşinyan Şuşa ilə bağlı ünvanlanan suala BELƏ REAKSİYA VERDİ

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin Şuşa ilə bağlı sualını cavabsız qoyub.

Boyukmillet.com xəbər verir ki, “Yerablur” hərbi panteonunu ziyarət edən baş nazir media nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edib.

Jurnalistlərdən birinin Şuşanı Azərbaycan şəhəri hesab edib-etməməsinə Paşinyan yazılı sitat gətirəcəyi təqdirdə cavab verəcəyini deyib. Jurnalist isə ona parlamentdəki çıxışını nümunə gətirib. Lakin baş nazir bu dəfə cavabdan boyun qaçırmaq üçün sualı yazılı şəkildə ünvanlamağı bəhanə edib.Qeyd edək ki, Paşinyan 21 yanvarda parlamentdəki çıxışında müharibədən əvvəl Şuşa əhalisinin 90%-nin azərbaycanlılardan ibarət olduğunu bildirmişdi.

Ermənistan mediası sualı “təxribat xarakterli” adlandırıb. (publika.az)

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …