Məhdudiyyətlər əsasən mobil provayderlərdə tətbiq olunur Bir həftədən çoxdur Rusiyada mobil internet provayderləri üzərindən “az” domeni ilə qeydiyyatdan keçmiş Azərbaycan saytlarına giriş məhdudlaşdırılıb. APA-nın məlumatına görə, bu məhdudiyyət əsasən mobil şəbəkələrdə müşahidə olunur və istifadəçilər Azərbaycan domenli saytlara daxil olmaqda çətinlik çəkirlər. Məhdudiyyətlər tam şəkildə bütün Rusiya ərazisində deyil, əsasən mobil provayderlərdə tətbiq olunur. “WiFi” şəbəkəsinə qoşulan cihazlarda problemin olmadığı bildirilir. Rusiya …
Read More »Yekaterinburqda həbs edilən Ayaz Səfərov və Şahin Lalayev apellyasiya şikayəti veriblər
Yekaterinburqda keçmiş illərdə qətl törəkməkdə ittiham olunan Ayaz Səfərov və Şahin Lalayev qərara etiraz ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat verib. Əvvəllər Yekaterinburqun Lenin rayon məhkəməsi 8 azərbaycanlını – Ayaz, Akif, Məzahir, Kamal və Bakir Səfərovları, Əhliman Gənciyevi, Şahin Lalayevi və Əziz Abasovu həbs edib. Akif Səfərov da daha əvvəl həbs …
Read More »Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın daha bir vətəndaşı həbs edilib
Rusiyanın Yekaterinburq şəhərinin Lenin Rayon Məhkəməsi Azərbaycan vətəndaşı Əziz Abasov barəsində həbs qətimkan tədbiri seçib. “Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 2025-ci il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Basqın zamanı iki nəfər öldürülüb, bir …
Read More »Azərbaycan tərəfi Yekaterinburqda ölən azərbaycanlı qardaşların ekspertiza rəyini açıqlayıb
“Azərbaycandakı ekspertiza rəyi ilə Rusiya tərəfinin təqdim etdiyi uyğun gəlmir” İyunun 27-də Yekaterinburqda bir neçə ünvan üzrə aparılan polis əməliyyatı nəticəsində həyatını itirən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovların meyitlərinin Azərbaycanda təkrar keçirilmiş ekspertiza rəyi açıqlanıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyulun 1-də keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycandakı ekspertiza rəyi ilə …
Read More »Rusiya FTX-nin “Sputnik-Azərbaycan”da işləyən əməkdaşları – SAXLANILDI
Polisin “Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var. Boyukmillet.com xəbər verir ki, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb. Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN “Sputnik Azərbaycan”ın Bakıdakı ofisində əməliyyat keçirir. Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin …
Read More »Qaçaqmalçılıqda ittiham olunan Gömrük Komitəsinin əməkdaşları azadlığa buraxılıb
Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin həbsdə saxlanmasına zərurət görməyiblər Dubaydan Azərbaycana 190 min manatlıq qızıl külçələrini qaçaqmalçılıq yolu ilə keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin əməkdaşları Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimov bu gün məhkəmə qarşısına çıxarılıb. İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər ümumi dəyəri 190 min manat …
Read More »Beynəlxalq təşkilatlar Azərbaycanda jurnalist və fəallara verilən hökmlərdən narahatdır
“Bu hökmlər “Azərbaycan hakimiyyətinin müstəqil medianı tamamilə susdurmaq” niyyətindən xəbər verir” Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti “AbzasMedia işi” ilə əlaqədar jurnalistlərə və dövlətə xəyanətdə ittiham olunan araşdırmaçı Bəhruz Səmədova oxunan hökmdən narahatlığını ifadə edib. Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Səid bildirib ki, bu hökmlər “Azərbaycan hakimiyyətinin müstəqil medianı tamamilə susdurmaq” niyyətindən xəbər …
Read More »ABŞ təyyarələri İranı vurmaq üçün Türkiyə səmasından istifadə etməyib – Səfirlik açıqlama yaydı
Müxtəlif media orqanlarında yer alan “İranın nüvə obyektlərinə hücumlar həyata keçirən Amerika bombardmançılarının Türkiyənin hava məkanından istifadə etdiyi” iddiaları dezinformasiyanın məhsuludur. İsrailin İrana qarşı başlatdığı hücumlarda Türkiyənin hava məkanı heç vaxt pozulmadığı kimi, ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumlarda da Türkiyənin hava məkanından qətiyyən istifadə olunmayıb. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi saxta xəbərlərlə bağlı açıqlama yayıb. …
Read More »“Abzas Media” işi üzrə həbs olunan şəxslərə ağır cəza verildi
“Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər – Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Boyukmillet.com bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ülvi Həsənli 9, Sevinc Vaqifqızı (Abbasova) 9, Məhəmməd Kekalov 7 il 6 …
Read More »Apelyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində hökmü qüvvədə saxlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin bu ilin mart ayında verilən qərarı ilə Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib Mayın 20-də Bakı Apelyasiya Məhkəməsi müxalif siyasətçi, Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsində çıxarılmış hökmə baxıb.Məhkəmə onun 9 il azadlıqdan məhrum edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il martın 10-da çıxardığı hökmü qüvvədə saxlayıb.Tofiq Yaqublu Cinayət Məcəlləsinin …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
