Cümə , 5 Dekabr 2025

Gündəm

Müharibədə “Harop”lar və AN-2 təyyarələri düşmənə ciddi zərbələr vurdular – DSX

Fevral ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­si­nin yara­dıl­masının 16-cı ildö­nümü münasibətilə tədbir keçiril­ib. Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Dövlət himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə Azərbay­can Prezi­den­ti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin 18 fevral 2005-ci il­ tarixli sərəncamı əsa­sında Dövlət Sər­həd Xidmətinin Sahil Mühafizə­sinin yaradıl­ması ilə ölkəmizin dəniz sər­hədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə …

Read More »

“Şamtutan lazım deyil…” – Bakıda kollec direktoru tələbəni ədəbsiz sözlərlə təhqir etdi – VİDEO

Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova onlayn imtahan zamanı qrupun sinif nümayəndəsini nalayiq sözlərlə təhqir edib. Sosial şəbəkədə yayılan videoda imtahan zamanı müəllimlərlə bərabər imtahana daxil olan sinif nümayəndəsinə kollecin direktoru “mənə sinif nümayəndəsi tərəfindən nəzarətçi lazım deyil, ağzımda deyirəm, tələbələr çıxsın, bu, nə özbaşınalıqdır siz edirsiniz? Bizə burda sinif nümayəndəsi, “şamtutan” lazım deyil”, – deyə təhqir edib. Direktor hətta …

Read More »

Azərbaycanın İsraildən silah almağa hazırlaşması – Ermənistan narahatdır

Azərbaycan növbəti 5-7 il ərzində İsraildən 2 milyard dollarlıq silah alacaq. Aydındır ki, məqsəd müharibədə istifadə edilmiş silah-sursatın yerini doldurmaq və yeni silah növləri əldə etməkdir. Ermənistan və Rusiya KİV-i bundan narahatdır. İddia edirlər ki, “Azərbaycan Qarabağda müharibənin yeni mərhələsinə hazılaşır” və “sübut” kimi Ərdoğanın rus sülhməramlıları ilə bağlı dedikləri təqdim olunur. Ərdoğan yanvarın 13-də Putinlə telefon söhbətində sülhməramlılarla bağlı …

Read More »

Əbülfəs Qarayev ölkədən niyə çıxmaq istəyib?

Rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev istintaq altındadır. Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb. Boyukmillet.com xəbər verir ki, Əbülfəs Qarayev bugünlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb. Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib. Məlumatda o …

Read More »

Həbs edilən icra başçısının məhkəməsində qadın müavini də dindiriləcək

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, vəkil Kamandar Nəsibov “Report”a açıqlamasında bildirib ki, iclasda dövlət ittihamçısı qismində çıxış edən prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər elan edilən ittihamla özlərini qismən təqsirli bildiklərini deyiblər. Daha sonra şahidlərin dindirilməsinə başlanılıb. İclasda …

Read More »

Sülhməramlılar erməniləri Kəlbəcərə apardı – VİDEO

Bazar günü 15 erməni zəvvar Kəlbəcər ərazisindəki Xudavəng monastır kompleksini ziyarət edib. Boyukmillet.com  xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əldə edilən razılaşmalar nəticəsində Azərbaycan hərbçiləri zəvvarların rus sülhməramlılarının müşayiəti ilə kompleksə getməsinə icazə verib.

Read More »

Vüqar Səfərli YAP-dan qovuldu

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib. Boyukmillet.com  Unikal.org-a istinadən xəbər verir ki, V.Səfərli Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb. Qeyd edək ki, V.Səfərli və Portos MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu Baş …

Read More »

Arutyunyanla görüşən Azərbaycan rəsmiləri kim olub?

Bu günlərdə erməni tərəfi xəbər yaydı ki, Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşüb. Görüşdə Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rüstəm Muradov və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan iştirak ediblər. Erməni tərəfi görüşdə “əsir və itkin düşmüş şəxslərlə bağlı məsələlərin müzakirə olunduğunu” bildirib, Azərbaycan tərəfdən görüşdə kimin iştirak etdiyini dəqiqləşdirməyib. Bakıdan isə bu görüşlə …

Read More »

Kəmaləddin Heydərovun Bakıda ləğv edilən şirkəti Dubayda peyda oldu

“Ötən il fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Auto UEI Azerbaijan” şirkətinin fəaliyyətini dayandırdığı barədə məlumat yaymışdı. Lakin məsələnin mahiyyəti başqa imiş. Belə ki, sözügedən şirkət 2013-cü ildə qeydiyyatdan keçsə də, 2015-ci ildə UEI AUTOMOTİVE HOLDINGS LIMITED adı ilə Dubaya transfer edilib”.Boyukmillet.com bakupost.az-a istinadən xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. O bildirib ki, Azərbaycanda ləğv edilən, sadəcə, şirkətin …

Read More »

“Xocalının anımı və Cənubi Qafqazın gələcəyi” mövzusunda dəyirmi masa keçirilib

“Qafqaz jurnalistləri şəbəkəsi” və “Timberwolf Phoenix” MMC-nin birgə təşkilatçılığı ilə “Xocalının anımı və Cənubi Qafqazın gələcəyi” mövzusunda onlayn formatlı dəyirmi masa keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbir “Timberwolf Phoenix” MMC-nin vitse-prezidenti İrina Tsukermanın moderatorluğu ilə baş tutub. Tədbirdə Xocalı sakini, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qızı Yasəmən …

Read More »