“Mediaport” teleqram kanalı Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın iki qızı və mühafizə xidmətinin çoxsaylı əməkdaşlarının müşayiəti ilə Moskva aeroportundan çıxmasına dair videomaterial yayıb. Bu barədə Boyukmillet.com “News.am”a istinadən xəbər verir. Daha əvvəl mənbə bildirib ki, Paşinyan ailəsinin üzvləri Rusiya vətəndaşlığını almaq üçün gizli şəkildə Moskvaya gəliblər. Moskvadakı mənbə “News.am”a bildirib ki, baş nazirin ailəsi Rusiya paytaxtına mənzil …
Read More »SEPAH-ın daha bir generalı Suriyada öldürüldü
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının generalı Azad Həsən Dahan Suriyada öldürülüb. Boyukmillet.com xəbər verir ki, generala naməlum şəxslər tərəfindən hücum edilib. Hücum nəticəsində general və onu müşayiət edən iki köməkçi qətlə yetirilib. Suriya mediasının iddiasına görə, İran generalı İŞİD tərəfindən öldürülüb. Bununla belə hücumun İsrail və ABŞ xüsusi təyinatlıları tərəfindən gerçəkləşdirilə biləcəyi də iddia edib.
Read More »Sülhməramlılar Qozlukörpü və Qarakənddə hərbi şəhərciklər SALDI
Rusiya sülhməramlıları Qarabağda hərbi infrastruktur yaratmaqda davam edir. Boyukmillet.com Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Qozlukörpü və Qarakənddə 400 hərbçi üçün modul tipli 3 hərbi şəhərcik yaradılıb. Yaxın zamanlarda daha 540 sülhməramlı üçün 5 hərbi şəhərciyin yaradılması nəzərdə tutulur.
Read More »Ərdoğan: “Minsk qrupunun 30 ildə edə bilmədiyini 44 gündə gerçəkləşdirdik
“Dağlıq Qarabağda 30 illik gecikmə ilə də olsa, ədalətin təcəlli etməsini, bölgənin həsrət çəkdiyi sabitliyə qovuşmasını təmin etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə deyib. “30 ildir Minsk qrupunun həll edə bilmədiyi və oradakı azərbaycanlı soydaşlarımızın öz ərazilərindən qovulduğu, oradan sürgünə göndərildiyi bu insanların torpaqlarını yenidən qazanmasına yardımçı olduq. Minsk qrupunun …
Read More »11 yanvar tarixli üçtərəfli Moskva görüşünün PƏRDƏARXASI
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşü barədə ÖZ müşahidələrimi yaza bilmirəm. Çünki həmin görüşü mən də sizin kimi ancaq rəsmi təqdim olunan xəbərlərdən izləyirdim. Xarici işlər nazirlərinin 9 oktyabr 2020-ci il tarixli Moskva görüşündən fərqli olaraq dövlət başçılarının görüşünü ancaq Rusiya rəsmi mediası “birinci əl”dən işıqlandırırdı. Məndə olan məlumata görə, rəsmi İrəvan Kremldən görüşə beynəlxalq medianın buraxılmamasını, ümumiyyətlə medianın …
Read More »“Nəhayət ki “-ov”, “-yev” soyad sonluqlarından xilas olmalıyıq!” – Sabir Rüstəmxanlıdan ÇAĞIRIŞ
“Soyad sonluqlarının milliləşdirilməsi çox vacib məsələdir. Güman edirəm ki, bu, günümüzün aktual mövzusudur. 1992-ci ildə soyad sonluqlarının milliləşdirilməsi ilə bağlı parlamentin qərarı olub”. Bu fikirləri Modern.az-a Milli Məclisin depuatı Sabir Rüstəmxanlı -“ov”, “-yev” soyad sonluqlarından hələ də tamamilə imtina edilməməsinə münasibət bidlirərkən deyib. Sabir Rüstəmxanlı hesab edir ki, soyadlarımız “-ov”, “-yev” sonluqlarından təmizlənməlidir: “Bu soyadlarımızın dəyişdirilməsi deyil. Sadəcə rus sonluq şəkilçilərindən …
Read More »Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların SİYAHISI
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər …
Read More »Azərbaycanda 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər sağalıb
Azərbaycanda bu gün koronavirus infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 17 nəfər COVID-19-dan vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 224 827 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 209 522 nəfər müalicə olunaraq sağalıb, 2 926 nəfər vəfat edib, aktiv xəstə sayı 12 379 nəfərdir. Ölkədə son sutka ərzində 4 086, hazırkı …
Read More »Putin Qarabağı Makronla niyə müzakirə edir?
“Rusiya prezidenti Vladimir Putin azərbaycanlı və erməni həmkarıyla Moskva görüşündən bir gün əvvəl Fransa prezidenti Emmanuel Makrona niyə zəng edib? Əlbəttə, Kremlin izahı belədir ki, Fransa Minsk Qrupunun 3 həmsədrindən biridir və Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli gedişi ilə bağlı Parisi məlumatlandırmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib: “Ona qalsa Putin gərək üçüncü həmsədr ölkənin paytaxtına …
Read More »Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir
Ermənistanın Rusiya Federasiyasındakı səfirliyi qarşısında hazırkı baş nazir Nikol Paşinyanın əleyhdarları toplaşıb. Boyukmillet.com xəbər verir ki, aksiya iştirakçıları N.Paşinyanın Moskva şəhərinə səfərinə etiraz edirlər. Xatırladaq ki, Ermənistan baş naziri N.Paşinyan bu gün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşündə iştirak etmək üçün Moskvaya gedib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar