Cümə axşamı , 19 Fevral 2026

Gündəm

Naxçıvan şəhidini ehtiramla qarşılayıb – FOTOLAR

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”. O ordu güclüdür ki, onun vətənpərvər və peşəkar şəxsi heyəti vardır. Bu gün ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Ordusu ən müasir silah və texnikaya, yüksək döyüş qabiliyyətinə və …

Read More »

Paşinyan “Turan planı”nı reallaşdırır? – Zöhrabyan

Nikol Paşinyan Türkiyəyə “Böyük Turan planı”nı reallaşdırmaqda kömək edir. Boyukmillet.com xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyan deyib. “Nikol Paşinyan, sən Atatürk və Ərdoğanla birgə “Böyük Turan planı”nı reallaşdırırsan”, – deyə o bildirib. Zöhrabyan Sünikdəki Çakaten kəndindən artıq erməni operatorların öz qüllələrini çıxartdığını, kəndin Azərbaycana verilməyə hazırlandığını söyləyib.  

Read More »

Köçəryan əliboş döndü: Moskva onu diriltmək istəmədi

Ermənistanın eks-prezidenti Robert Köçəryan Moskvadan əliboş qayıdıb. Köçəryanın Kremldə xüsusi bir görüşü olmayıb. Bu fakt belə onun Moskvanın siyasi planlarına daxil olmadığını göstərir. Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Ermənistanın eks-prezidenti Robert Köçəryan Moskva səfərinin pərdəarxası məqamlarını şərh edərkən deyib. O bildirib ki, Robert Köçəryan müharibə zamanı da Moskvaya getmək istəyirdi: “Lakin bu səfər koronavirus bəhanəsi ilə son anda təxirə salındı. Əslində isə …

Read More »

Şuşanın bütün küçələri monitorinq edildi: Hökumətə hesabat təqdim olunacaq

“Şuşaya səfərimiz çərçivəsində vəzifəmiz şəhərdəki tarixi və mədəniyyət abidələrinin yerini müəyyənləşdirmək və onların hansının bərpa-konservasiya işlərinə ehtiyacı olduğunu öyrənmək idi”. Bunu “Report”a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olan Faiq İsmayılov deyib. O bildirib ki, şəhərin bütün küçələrində monitorinq keçirilib: “Yeni aşkar …

Read More »

Azərbaycanlılar Qarabağda ermənilərlə birgəyaşayışın mümkün olacağına inanmırlar

Sosial Tədqiqatlar Mərkəzi (STM) azərbaycanlılarla ermənilərin birgəyaşayışına və müharibənin yenidən başlamasına münasibəti öyrənmək üçün əhali arasında sorğu keçirib. Boyukmillet.com xəbər verir ki, sorğuda təsadüfi üsulla seçilmiş 603 respondent iştirak edib. Sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub. Tədqiqat Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb. Seçmənin …

Read More »

Azərbaycanda gözlənilən vaksinasiya – “CoronaVac” haqda nə bilirik…

Adil Qeybulla: “Vaksin çox vacibdir, lakin…” Ölkədə sərt karantin tətbiq edildikdən sonra artıq gündəlik yoluxmaların və virusdan ölənlərin sayında azalmalar müşahidə edilir. Belə ki, son bir neçə gündür ki, gündəlik yoluxanların sayı 3 mindən aşağı, virusdan ölənlərin sayı isə 35 nəfərə düşüb. Bu gedişlə vəziyyətin bir qədər yaxşılaşacağı gözlənilir. İndi əksəriyyət ümidini sərt karantin rejiminə deyil, daha çox ölkədə həyata …

Read More »

Koronavirusla bağlı vəziyyət neçə il davam edəcək? – Mütəxəssis AÇIQLADI

“Koronavirusla bağlı vəziyyətin növbəti 5 ildə də davam etməsi proqnozlaşdırılır”. Boyukmillet.com APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Yoluxucu xəstəliklər mütəxəssisi Yevgeni Timakov koronavirusla bağlı vəziyyəti şərh edərkən deyib. O, bütün virusların daima mutasiya etdiyini önə çəkərək, bu fonda koronavirusu da istisna etməyib. Mütəxəssis qeyd edib ki, koronavirusun mutasiya etməsi bir o qədər də təhlükəli deyil: “COVID-19 da mutasiya edir, …

Read More »

Rusiya Ukraynaya nüvə zərbəsi endirə bilər? – Polkovnik

Rusiyanın Ukrayna ərazisinə nüvə zərbəsi endirməsi ehtimalı azdır. Boyukmillet.com xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Oleq Jdanov deyib. O bildirib ki, Kiyev bu barədə müəyyən qədər rahat olmalıdır: “Avropa ilə müqayisədə bizim Rusiyadan nüvə zərbəsi almaq imkanımız daha azdır. Bu, Ukraynanın Rusiya ilə həmsərhəd olması ilə əlaqədardır”. Jdanov, həmçinin Krımı ballistik raketlərin ideal buraxılış meydançası …

Read More »

Koronavirusu məhv edən təbii vasitə tapıldı

Biyan kökündə mövcud olan qliserin turşusu koronavirusu məhv etmək qabiliyyətinə malikdir. Boyukmillet.com xəbər verir ki, bu barədə Essen Universiteti Hospitalının “BioRxiv” portalında yerləşdirilən tədqiqatda məlumat verilir. Belə ki, biyan kökünun su ekstraktı 0,5-1 mg/l, yəni həmin bitkinin çayına nisbətən daha az miqdarda tarazlaşdırıcı təsirə malikdir. Ona görə də araşdırma müəllifləri koronavirusun müalicəsi üçün biyan kökü çayının faydalı ola biləcəyi qənaətinə …

Read More »

Ordunun təminatı ilə bağlı suallar hardan qaynaqlanır? – ŞƏRH

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun təminatında problemlər olması barədə videoların, rəylərin sayı bir xeyli artıb. Bu şikayətləri araşdırarkən daha çox infrastrukturun yoxluğundan yarandıqları aydın olur. Əlbəttə, bəzi məqamlarda səlahiyyətli şəxslərin məsuliyyətsiz davranışını da istisna eləmək olmaz. Amma əksər problemlər şəraitsizlik, təminatın vaxtında çatdırılmaması ilə bağlıdır ki, bunun da kökündə bölgədə infrastrukturun məhv edilməsi dayanır. Məsələ bundadır ki, işğaldan azad edilmiş …

Read More »