Cümə axşamı , 19 Fevral 2026

Gündəm

Mehman Əliyev: “Hakimiyyət, ola bilsin ki, medianın sayını azaltmaq fikrindədir”

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) “Media Haqqında” Qanuna edilən yeni dəyişikliklərlə bağlı iyulun 16-da bəyanat yayıb.  Bəyanatda deyilir ki, Azərbaycan parlamenti KİV haqqında qanuna etdiyi dəyilikliklərlə onsuz da ölkədə müstəqil medianın fəaliyyətini mümkünsüz edən qanunun bir az da sərtləşdirilməsinə yol açıb. “Media Haqqında” Qanuna dəyişiklik edilməsi barədə qərar iyulun 14-də Milli Məclis tərəfindən qəbul edilib.  Həmin dəyişikliklər informasiya agentlikləri üçün daha sərt tələblər müəyyən …

Read More »

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqının açıq məktubuna cavab verib

İyulun 10-da Rusiya Jurnalistlər İttifaqı “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına açıq məktub ünvanlayıb. Söhbət iyunun 30-da Bakıda saxlanılan “Sputnik Azərbaycan” informasiya agentliyinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun həbsindən gedir. Bunu Rusiya Jurnalistlər İttifaqı “özbaşnalıq” kimi dəyərləndirir. “Biz sizə müraciət edərək vəziyyətə təcili müdaxilə etməyə və həmkarlarımızın dərhal azad …

Read More »

16 gündür aclıq edən Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir

Ailəsi və yaxınları onun durumundan narahatdırlar   Hazırda həbsdə olan İkinci Qarabağ müharibəsi iştirakçısı, artıq fəaliyyətini dayandırmış “Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir. Bu barədə onun hüquqlarının müdafiəsi üçün nəzərdə tutulan “Facebook” səhifəsində məlumat verilib. Məlumatda deyilir ki, 16 gündür aclıq edən Vəliyev iyulun 7-də ailə üzvləri ilə telefon danışığında vəziyyətinin pisləşdiyini və mədə ağrılarının şiddətləndiyini deyib. …

Read More »

Araz Ağalarova qarşı Rusiyada maliyyə öhdəliyi ilə bağlı məhkəmə icraatı başlanıb

Ona qarşı icra işinin konkret hansı səbəbdən başlandığı barədə əlavə məlumat verilmir Rusiyanın Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) Azərbaycan əsilli iş adamı, “Crocus Group”un sahibi  Araz Ağalarova qarşı icra işi başladıb. Bu barədə “Gazeta.ru” məlumat yayıb. Bildirilir ki, Moskvanın Presnenski rayon məhkəməsi tərəfindən verilmiş icra sənədi əsasında 26 iyun 2025-ci il tarixində icra prosesi açılıb. Həmin sənəd 7 may 2025-ci ildə məhkəmə …

Read More »

Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib

Ali Məhkəmə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq vəzifəli şəxslərinin cinayət işləri üzrə qərar verib. Boyukmillet.com-un məlumatına görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin müsadirə olunmuş əmlakları ilə bağlı verilmiş kassasiya şikayəti təmin edilməyib, apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Təqsirləndirilən Telman Tahirov barəsində verilmiş …

Read More »

Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb

Məhdudiyyətlər əsasən mobil provayderlərdə tətbiq olunur Bir həftədən çoxdur Rusiyada mobil internet provayderləri üzərindən “az” domeni ilə qeydiyyatdan keçmiş Azərbaycan saytlarına giriş məhdudlaşdırılıb. APA-nın məlumatına görə, bu məhdudiyyət əsasən mobil şəbəkələrdə müşahidə olunur və istifadəçilər Azərbaycan domenli saytlara daxil olmaqda çətinlik çəkirlər. Məhdudiyyətlər tam şəkildə bütün Rusiya ərazisində deyil, əsasən mobil provayderlərdə tətbiq olunur. “WiFi” şəbəkəsinə qoşulan cihazlarda problemin olmadığı bildirilir. Rusiya …

Read More »

Yekaterinburqda həbs edilən Ayaz Səfərov və Şahin Lalayev apellyasiya şikayəti veriblər

Yekaterinburqda keçmiş illərdə qətl törəkməkdə ittiham olunan Ayaz Səfərov və Şahin Lalayev qərara etiraz ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat verib. Əvvəllər Yekaterinburqun Lenin rayon məhkəməsi 8 azərbaycanlını – Ayaz, Akif, Məzahir, Kamal və Bakir Səfərovları, Əhliman Gənciyevi, Şahin Lalayevi və Əziz Abasovu həbs edib. Akif Səfərov da daha əvvəl həbs …

Read More »

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın daha bir vətəndaşı həbs edilib

Rusiyanın Yekaterinburq şəhərinin Lenin Rayon Məhkəməsi Azərbaycan vətəndaşı Əziz Abasov barəsində həbs qətimkan tədbiri seçib. “Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 2025-ci il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Basqın zamanı iki nəfər öldürülüb, bir …

Read More »

Azərbaycan tərəfi Yekaterinburqda ölən azərbaycanlı qardaşların ekspertiza rəyini açıqlayıb

“Azərbaycandakı ekspertiza rəyi ilə Rusiya tərəfinin təqdim etdiyi uyğun gəlmir” İyunun 27-də Yekaterinburqda bir neçə ünvan üzrə aparılan polis əməliyyatı nəticəsində həyatını itirən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovların meyitlərinin Azərbaycanda təkrar keçirilmiş ekspertiza rəyi açıqlanıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyulun 1-də keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycandakı ekspertiza rəyi ilə …

Read More »

Rusiya FTX-nin “Sputnik-Azərbaycan”da işləyən əməkdaşları – SAXLANILDI

Polisin “Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var. Boyukmillet.com xəbər verir ki, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb. Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN “Sputnik Azərbaycan”ın Bakıdakı ofisində əməliyyat keçirir. Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin …

Read More »