Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyət nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, …
Read More »Ermənilər Tərtər pambıq zavodunu vurdu
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir. Boyukmillet.com xəbər verir ki, bu gün günorta saatlarında düşmən Tərtərdə yerləşən pambıq zavodunu atəşə tutub. Nəticədə zavodda güclü yanğın başlayıb.
Read More »Daha 331 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün COVID-19-dan 4 ölüm faktı qeydə alınıb.
Read More »Mehriban Əliyeva: “Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndlərinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib. Boyukmillet.com-un xəbərinə görə, paylaşımda deyilir: “Azərbaycan ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə …
Read More »Ermənistan ordusu bütün cəbhə boyu təslim olur
İşğalçı və terrorçu Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir.Füzuli cəbhəsində ağır itkilər verərək məğlubiyyətə uğrayan düşmən ordusu artıq iflic olub. Şəxsi heyəti tükənib və ruh düşkünlüyü işğalçıda pik həddə çatıb. Bütün bunlar isə Ermənistan əhalisində Paşinyan hökumətinə qarşı hiddəti artırıb. Artıq valideyinlər öz övladlarını orduya buraxmaq istəmir və müxtəlif bəhanələrlə yayındırırlar.İşğalçı Ermənistanda əsgərlər arasında fərarilik …
Read More »Müdafiə Nazirliyi: Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıxarılıb
Ermənistan silahlı qüvvələrinin “S-125” zenit-raket kompleksi sıradan çıxarılıb. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir.Azərbaycan Ordusunun bölmələri düşmənin hərbi texnikalarını məhv etməyə davam edir.
Read More »Hikmət Hacıyev: “Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın barbar hərəkətlərini görsün”
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumlarının nəticələrini görmək üçün Gəncəyə yola düşüblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb. “Diplomatik korpus və hərbi attaşelerlə Gəncəyə gedirik. Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görsün”, – H.Hacıyev …
Read More »Gəncəyə atılan raket Azərbaycan-Gürcüstan elektrik xəttini zədələyib
“Bu gün təcavüzkar erməni silahlı birləşmələri gecə saat 01:00 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballistik raketlərdən zərbələr endirib. Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də, Gəncə istiqamətində endirilən zərbə nəticəsində beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub”. Bu barədə “Report”a “Azərenerji” ASC-dən məlumat verilib. Bildirilir ki, 24 saat fasiləsiz xidmət göstərən “Azərenerji” …
Read More »Türkiyənin Müdafiə naziri Füzulinin azad olunması münasibətilə Azərbaycan ordusunu təbrik etdi
“Ermənistanın törətdiyi bu vəhşiliyə səssiz qalanları tarix bağışlamayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon danışığında bildirib. “Ermənistan yenə körpə, qadın, yaşlı demədən azərbaycanlı qardaşlarımızı qətlə yetirib. Ermənistan müharibə cinayəti törətməklə “atəşkəs”, “müzakirə” çağırışı edənlər isə bu hücumları uzaqdan izləməkdə davam edirlər. Mülki sakinlərə ballastik raketlərlə hücum əmrini verənlər mütləq …
Read More »Ərdoğan Kanadanın baş naziri ilə erməni təcavüzü barədə danışıb
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanla Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə İdarəsinin xəbərində deyilir. Qeyd edilir ki, danışıqlar zamanı Dağlıq Qarabağ problemi müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan xatırladıb ki, Dağlıq Qarabağın demək olar, 30 il ərzində Ermənistanın işğalının altında olması Ermənistan-Azərbaycan münaqişəsinin səbəbidir. Türkiyə lideri …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar