Bazar , 19 Yanvar 2025

Gündəm

Deputat Vüqar Bayramov qardaşı Qubad İbadoğlunun həbsi barədə

Milli Məclisin deputatı Vüqar Bayramov inanır ki, qardaşı Qubad İbadoğlu ilə bağlı  araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Boyukmillet.com xəbər verir ki, o bu barədə Turan-a bildirib. Bayramov qeyd edib ki, dövlət qurumları ilə əlaqə quraraq qardaşının mütəmadi dərmanla təmin olunması üçün əlindən gələni edəcək. O deyib ki, son bir həftə ərzində xaricdə olub …

Read More »

FETÖ-nun Azərbaycanda aşkar olunmayan ocaqları varmı…

Azərbaycan Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsi yenidən FETÖ məsələsini gündəmə gətirdi. Dünən DİN adından yayılan rəsmi açıqlamada bildirildi ki, Qubad İbadoğlu Türkiyədən daxil olan məlumat əsasında FETÖ-ya qarşı həyata keçirilən əməliyyat çərçivəsində saxlanılıb. Azərbaycanda FETÖ şəbəkəsinin dərin kök atması ilə bağlı çox danışılıb və yazılıb. Prezidentin sabiq köməkçisi Əli Həsənovun vəzifədə olduğu dönəmdə hökümətə yaxın olan əksər tanınmış KİV-lərdə …

Read More »

Qubad İbadoğlu Bakı İstintaq Təcridxanasına köçürüldü

Ötən gün həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Boyukmillet.com xəbər verir ki, o, bundan sonra Bakı İstintaq Təcridxanasında saxlanılacaq. Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 204.3.1 …

Read More »

Özünü yandıran qazi vəfat etdi 

Biləsuvar rayonunun Səmədabad kənd sakini 44 günlük Vətən müharibəsi qazisi İbadov Nizaməddin dünyasını dəyişib.  Boyukmillet.com xəbər verir ki, 33 yaşlı qazi iyulun 21-də yaşadığı evin önündə özünü yandıraraq intihara cəhd edib. Onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, İbadov Nizaməddin Hidayət oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. 2 övladı var.

Read More »

Millimiz Ermənistan yığmasını darmadağın etdi

Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun oyunları davam edir. Boyukmillet.com xəbər verir ki, B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı ikinci oyununda Ermənistan yığması ilə üz-üzə gəlib. Qarşılaşmaya üstün başlayan U-16 yığmamız qrupun ən önəmli oyununda Ermənistan komandasına 92-58 hesabı ilə qalib gələrək, rəqibini meydançaya çıxmağa peşman edib. U-16 millimizin qrupdakı növbəti rəqibi …

Read More »

Natəvan Babayeva vəfat etdi

Tanınmış teleaparıcı Natəvan Babayeva vəfat edib. Boyukmillet.com xəbər verir ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı bu gün dünyasını dəyişib. Qeyd edək ki, Natəvan Babayeva Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı idi. AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub. Allah rəhmət etsin!

Read More »

Abıyev işdən çıxmasından danışdı: Müraciət etmişdim

Boyukmillet.com Daşkəsən İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Əhəd Abıyev Gununsesi.info-ya müsahibəsini təqdim edir: – Əhəd müəllim, Prezidentin sərəncamını (işdən azad olunması ilə bağlı – red.) gözləyirdinizmi? – Mən Daşkəsənin tarixində icra başçısı kimi çalışmış ən uzunömürlü şəxsəm. Daşkəsənin keçmişinə nəzər salsanız, görərsiniz ki, əvvəlki icra başçıları 3 ildən artıq işləməyib. Mən isə 13 il işlədim. Bu o deməkdir ki, işimin …

Read More »

Yığmamızın Ermənistanla oyununun vaxtı açıqlandı

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin (U-16) Avropa çempionatının C Divizionunda Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb. Məlumata görə, Kosovonun paytaxtı Priştinada keçiriləcək görüş iyulun 21-nə təsadüf edəcək. B qrupunda mübarizə aparacaq milli buna qədər ilk olaraq iyulun 19-da Kipr seçməsi ilə üz-üzə gələcək. Tahir Baxşıyevin yetirmələri, həmçinin, …

Read More »

Millət vəkilindən sensasiya: İH-lər, NK ləğv edilir

Yaxın bir il yarım müddət ərzində (2023-2025) ölkəmizdə dörd seçki dönəmi olmalıdır: 1) Referendum (2023-ün payızı); 2) Mili Məclis (2024-ün noyabrı); 3) Bələdiyyələr (2024-ün dekabrı); 4) Prezident (2025-in apreli). Burada göstərilmiş müddətlər növbəti seçki müddətləridir, amma seçkilərin növbədənkənar olabilmə ehtimalı da yüksəkdir. Boyukmillet.com xəbər verir ki, bu sözləri millət vəkili Erkin Qədirli bildirib. Onun sözlərinə görə, istənilən halda çox qısa bir …

Read More »