Meyxana ilə ciddi poeziyanın arasında heç bir bağ olmadığı halda, bəzi meyxanaçılar Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istədiklərini bildiriblər. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev mətbuata bildirib ki, təşkilata üzvlük Birliyin nizamnaməsinə uyğun həyata keçirilir: “Meyxanaçılar da AYB-yə üzv olmaq istəyirlərsə, həmin nizamnamə ilə tanış olub üzv olmaq istədikləri ilə bağlı ərizə versinlər. Qəbul komissiyası tərəfindən ərizələrinə baxılacaq”. …
Read More »Azərbaycan həbsdə olan jurnalist sayına görə ikinci yerdədir
Avropa ölkələrində həbsdə olan 159 jurnalistdən 30-u Azərbaycandadır Avropa Şurasının Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi üzrə platforması illik hesabatını yayıb. Martın 5-də dərc olunan “2024: Siyasi təzyiq, dezinformasiya və media müstəqilliyinin aşınması ilə mübarizə” adlı hesabatda bildirilib ki, Azərbaycan həbsdə olan jurnalist sayına görə Avropada Belarusdan sonra ikinci yerdədir. Ötən il dekabrın 31-dək Avropada 159 jurnalist həbsdə olub. Onların 44-ü Belarusun, 30-u …
Read More »Ağadadaş Ağayevə hökm oxunub
Xalq artistinə qarşı xuliqanlıqda ittiham olunan “Medera Hospitalı”n mühafizəçisinə də cəza verilib Xuliqanlıqda ittiham olunan Xalq artisti, müğənni Ağadadaş Ağayevin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda ona hökm oxunub. Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti təyin olunub və …
Read More »Azərbaycanda həbsdə olan Ruben Vardanyan aclıq aksiyasına başlayıb
O, bunu “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyanın növbəti dəfə aclıq aksiyasına başladığı bildirilir. O, bu barədə fevralın 19-da ailəsi vasitəsilə “Telegram”da yayılan bəyanatında bildirib. Ruben Vardanyan aclıq aksiyasını “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır. “Məhkəmə zalında baş verənləri məhkəmə prosesi adlandırmaq …
Read More »“Tərtər işi Azərbaycan xalqının qeyrət məsələsidir”
“Tərtər işi” üzrə zərərçəkənlər məhkəmənin gedişindən narazıdırlar. Onlar deyirlər ki, məhkəmə sanki işi ört-basdır etməyə çalışır, işgəncələrin əsas təşkilatçılarını prosesə cəlb etmir. Zərərçəkənlər Baş Prokurorluqdan da narazılıq edirlər. “Tərtər işi” zərərçəkənləri həmin günləri xatırlamaqda çətinlik çəkirlər. İndi onlar hüquqi yollarla haqlarının bərpasına nail ola bilmirlər, deyirlər ki, tələbləri bugünədək qarşılanmır. İşgəncələr nəticəsində 12 nəfərin həyatını itirdiyi bildirilir. Amma hadisədən artıq …
Read More »Qazi polis bölməsində soyundurulub videoya çəkildiyini deyir
Yaxınları ümid edir ki, məhkəmə araşdırması Rauf Cabbarovun təqsirsizliyini ortaya çıxaracaq Qarabağ qazisi Rauf Dayandur oğlu Cabbarov 11 aydır həbsdədir. O, külli miqdarda narkotik maddə daşımaqda təqsirli bilinir və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunur. Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eldar İsmayılovun sədrliyi ilə iş araşdırılır. Yaxınları Meydan TV-yə danışır ki, Rauf Cabbarov əslən laçınlıdır, 44 …
Read More »Fuad Muradov 6 il 6 ay azadlıqdan məhrum edilib
O, müxtəlif adamları intim görüntülərlə şantaj edib, pul almaqda təqsirli bilinir “Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradov müxtəlif adamları intim görüntülərlə şantaj edib, pul almaqda təqsirli bilinərək, 6 il 6 ay azadlıqdan məhrum edilib. Fevralın 19-da Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə Fuad Muradovla birlikdə eyni əməldə təqsirləndirilən Ramil Paşşanov isə 5 il 6 …
Read More »Fazil Mustafanın güllələnməsi işi: hakimlər deputatı məhkəməyə gətirə bilmədi
Deputata sui-qəsddə ittiham olunan 5 nəfər haqqında hökm dəyişmədi Deputat Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunan 5 nəfərin haqqındakı hökmdən apelyasiya şikayəti verilsə də, nəticə dəyişmədi. Bakı Apelyasiya Məhkəməsində bir neçə aydır davam edən məhkəmə prosesi fevralın 17-də yekunlaşıb. Hakim İbrahim İbrahimlinin sədrliyilə keçilən məhkəmədə elan olunub ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılır. 2024-cü il avqustun 13-də çıxarılan …
Read More »Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Xatırladaq ki, ötən proses prokurorlar tərəfindən ittiham aktının elanı keçirilib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma …
Read More »Tofiq Yaqublu: “Bir nəfər paqonlu, mantiyalı adam axtarıram, desin ki, mən adamları şərləməklə çörək qazanmaq istəmirəm”
Məhkəmə prosesinə sədrlik edən hakim Elnur Nuriyev siyasətçini cəzalandırmaqla hədələyib Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə cinayət işindəki sənədlərin elanı mərhələsidir. Siyasətçinin işi üzrə keçirilən budəfəki məhkəmə prosesində onunla hakim arasında mübahisə yaranıb. Buna Elnur Nuriyev, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyası məhkəmə zalına daxil …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar