Fransa Prezidenti Rusiyanın Azərbaycanı Qarabağdakı hərəkətlərinə görə dəstəklədiyini deyib Fransa Prezident Emmanuel Makron Fransa səfirləri qarşısında ənənəvi çıxışı zamanı deyib ki, Rusiya, Azərbaycan nümayəndələri və amerikalı iş adamı İlon Mask Avropa seçkilərinə müdaxilə edib. Makron qeyd edib ki, Fransa seçkilərində bəzi xarici müdaxilələr olub. Bu ölkə “öz ərazilərinin əksəriyyətində, xüsusən də son aylarda Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxiləyə məruz qalıb”. Emmanuel …
Read More »Rüfət Səfərovun anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
Tahirə Tahirqızı bildirib ki, ölkədən çıxışına qadağanı Daxili İşlər Nazirliyi qoyub Hazırda həbsdə olan “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir. Bu barədə “Turan”a məlumat verib. O bildirib ki, ölkədən çıxışına qadağanı Daxili İşlər Nazirliyi qoyub. “Rüfətin atası Eldar Sabiroğlu ağır parkinson xəstəsidir. Bunu Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da …
Read More »Tbilisi məhkəməsi Əfqan Sadıqovun apellyasiya şikayətinə baxacaq
O, 107 gündür Gürcüstan hökumətinin ekstradisiya qərarına etiraz olaraq aclıq edir Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş azərbaycanlı jurnalist, Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından şikayətə baxacaq. Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib. Onun sözlərinə görə, Əfqan Sadıqov 107 gündür Gürcüstan hökumətinin ekstradisiya qərarına …
Read More »“AZAL”ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat yanvarın sonunda açıqlanacaq
Qazaxıstanda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq. Bu barədə “Report”un Qazaxıstan bürosuna Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Belə ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya …
Read More »Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin xilas edilməsində iştirakına görə bu ölkənin Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları dövlət mükafatlarına layiq görülüblər. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Manqistau Vilayəti Administrasiyasının rəhbəri Nurdaulet Kilıbay Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, 19 nəfərə orden və medalları təqdim …
Read More »Qazaxıstanda təyyarə qəzası ilə bağlı araşdırmanın hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək
2024-cü il dekabrın 25-də Qazaxıstanda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın yekun hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək. Bu barədə “TASS”a Qazaxıstanın Nəqliyyat Nazirliyindən məlumat verilib.“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer E190AR” markalı, 4K-AZ65 dövlət nömrə nişanlı təyyarə ilə baş vermiş aviasiya qəzasının təhqiqatı Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf nazirinin müvafiq əmrinə …
Read More »Tiktokerlərin həbsi: “Hakimiyyət sosial şəbəkələrə nəzarəti gücləndirir”
“Qadağalar, həbslər və sosial mühəndisliklə məşğul olmaq, “yel dəyirmanı” ilə savaşmaq kimi bir şeydir” Son bir həftədə Azərbaycanda 10-dan çox “TikTok” istifadəçisi həbs olunub. Daxili İşlər Nazirliyindən bildirilir ki, onlar “TikTok”da əyləncə yarışları təşkil etməklə əxlaqsızlığın təbliği ilə məşğul olurlar. Sonradan həbs olunanların bəzilərinə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 244-1 …
Read More »İlham Əliyev: “Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir”
“Rusiya vaxtında üzr istəmək əvəzinə birinci üç gün ərzində cəfəng versiyalar səsləndirib” Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına (AzTv) müsahibə verib. Prezident müsahibəsində Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin Rusiya ərazisində, Qroznı yaxınlığında xaricdən zədə aldığını, idarəetməni itirdiyini deyib. O, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsinin də böyük dərəcədə zədələndiyini bildirib. Təyyarənin radioelektron mübarizə vasitələri ilə idarəolunmaz hala salındığını …
Read More »Rusiya Prezidenti təyyarə qəzasına görə üzrxahlığını bildirib
Dövlət başçıları istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını vurğulayıblar Rusiyanın Prezidenti Vladimir Putin dekabrın 28-də azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə …
Read More »Fransa portalı: Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər
“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin pilotları hava gəmisini təhlükəsiz endirmək üçün mümkün olan sona qədər mübarizə aparıblar. Boyukmillet.com xəbər verir ki, bu fikir Fransanın “La Voix du Nord” portalındakı xəbərdə yer alır. Xəbərin müəllifləri azərbaycanlı pilotların yüksək peşəkarlıq nümayiş etdirdiklərini bildirirlər. Məqalədə qeyd olunur ki, AZAL-ın 8432 saylı reysinin uçuş heyəti həqiqi möcüzə göstərərək hava gəmisindəki sərnişinlərin yarısının həyatını …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar