İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi bəyanat yayıb. Boyukmillet.com həmin bəyanatı təqdim edir: “Zaman-zaman müxtəlif səbəblərdən Avropa dövlətlərinə mühacirət adı ilə sığınanlar Avropa dəyərlərini özlərinə qalxan etməkdədirlər. Azərbaycandan da Avropa qitəsinə mühacir kimi üz tutanların əksəriyyəti burada “siyasi alverlə” məşğul olaraq “fəaliyyətləri” ilə Azərbaycanın imicinə zərər vururlar. Çox vaxt inkişaf etmiş ölkələr siyasi sığınacaq almaq istəyənlərin əsil niyyətlərini bilmədən, …
Read More »Akif Çovdarov və Səlim Məmmədovun əmlakları geri qaytarılacaq?
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və Səlim Məmmədovun əmlakları üzərinə qoyulan həbsin götürülməsi tələbi ilə bağlı məhkəmə başlayır. Boyukmillet.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində iş icraata götürülüb. Akif Çovdarov və Səlim Məmmədovun əmlakları barədə məsələyə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq. Xatırladaq ki, A.Çovdarov və digərləri …
Read More »Vilyam Hacıyev külli miqdarda vəsaiti təhsil müəssisələrinə xərclənməsi adı ilə silib – İTTİHAM
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında ekspertiza rəyləri üzrə aktlar elan olunub. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov çıxış edib. O, cinayət işi üzrə tərtib edilən aktlarda dəymiş ziyanla bağlı yazılan rəqəmlərlə razı olmadıqlarını söyləyib. …
Read More »Azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı sənədləri kim gizlədir?” – Deputat həyəcan təbili çalır
Əziz ƏLƏKBƏRLİ: “Qaçqınlardan yığılmış Ermənistan pasportları bizim üçün ən tutarlı sənəd olacaq” Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sonuncu keçirilən iclasında deputat Əziz Ələkbərli deyib. Deputat bildirib ki, Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmamışıq: “Bu sənədlər alimlərin, dövlət qurumlarının əlində kifayət qədər deyil. 1988-ci ildə ermənilərin bizim torpaqlarımızda törətdiyi cinayətlərin Milli Arxiv İdarəsində məxfi fondda saxlanılmasına səbəb nədir?! Milli …
Read More »Nəcməddin Sadıqovun həbsinə hansı dövlət mane olur?
Orduda “təmizləmə” həbslərlə müşahidə olunur. Məlumatlara görə, həbs edilənlərin böyük əksəriyyəti Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıqovun yaxın ətrafıdır. Son olaraq hərbi dairələrdə “şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıqov ətrafında halqanın daralması kimi izah edilir. Bildirilir ki, Nəcməddin Sadıqov vəzifədə olduğu dövrdə “şlyapa Zahid” təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu və …
Read More »Qazilər nazirliyə niyə hücum edib? – VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında bir qrup Vətən Müharibəsi qazisinin iştirakı ilə insident baş verib. Məsələni müzakirə etmək üçün Baku TV-nin efirində yayımlanan “Üzbəüz” verilişinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov və qazi Vasif Dilavərzadə qonaq olub. Fazil Talıbov bildirib ki, bu hadisə eyni qazilər tərəfindən bundan əvvəl bir …
Read More »Mənsimovun ermənilər və separatçılar ilə iş birliyini təsdiqləyən faktlar-Video
Mübariz Mənsimovun dövlətçiliyə xələl gətirən növbəti faktları aşkarlanıb. Boyukmillət.com xəbər verir ki, separatçı Seyran Rəfiyevlə və Mübariz Mənsimovla bağlı tük ürpərdici yeni video yayılıb. Həmin videonu sizlərə təqdim edirik:
Read More »Vilyam Hacıyev: “Otağımda aşkarlanan 6 milyon manat arvadımın babasından miras qalmışdı”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, barəsində irəli sürülən ittihamların əsassız olduğunu deyib: “Dövlətə dəyən maddi ziyanı ailəmə məxsus əmlaklarla ödəməyə hazıram”. Daha sonra dövlət ittihamçısı V.Hacıyevə …
Read More »Səlim Müslümov ev dustaqlığına buraxılıb
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov azadlığa buraxılıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub. Məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Qeyd edək ki, Səlim Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və …
Read More »İrəvanda Atatürkün portreti erməniləri hiddətləndirib
Ermənistanın paytaxtı İrəvanın küçələrindən üzərində Mustafa Kamal Atatürk və Fateh Sultan Mehmetin portretləri olan yük maşını keçib. Boyukmillet.com “Report”-a istinadən xəbər verir ki, sosial şəbəkədə hadisə ilə bağlı video yayılıb. Görüntülər sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.
Read More »