Cümə axşamı , 19 Fevral 2026

Gündəm

Mübariz Mənsimovun kölgədə gizlətdiyi GERÇƏK ÜZÜ…

Mübariz Mənsimovun qəfil yenidən peyda olması və “təmizə çıxmağa” hesablanmış iddialarını, uydurmalarını tirajlaması, əlaxüsus da özünü “Azərbaycana yaxşılıq etmiş kimi” göstərməsi və “xeyriyyəçi” imici formalaşdırmağa çalışması onun kölgədə qalan gerçək üzünün nə olduğunu ortaya çıxardı. Əvvəlcə oradan başlayaq ki, Mübariz Mənsimov “yaxşılıq etmişəm” minnətini qoymağa çalışdığı Azərbaycana nə vaxt hücuma keçməyə başladı. 2018-ci ildə “Palmali” şirkətinin ciddi maliyyə çətinliklərinin olduğu …

Read More »

Ukraynadakı səfirliyimizdən biabırçılıq: Heydər Əliyevin abidəsini ziyarət etmək istəyənləri geri qaytardılar — FOTOLAR

Ukraynada Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ulu öndərin Kiyevdə adını daşıyan parkdakı abidəsini ötən gün ziyarət etmək istəyən bir qrup soydaşımız Azərbaycanın bu ölkədəki səfirliyinin biabırçı hərəkəti ilə qarşılaşıblar.  Orada üzləşdikləri vəziyyətdən narazı qalan soydaşlarımız Demokrat.az vasitəsilə bildiriblər ki, ulu öndər Heydər Əliyevin Kiyevdə adını daşıyan park mayın 10-da yüzlərlə ziyarətçinin üzünə qapadılıb.  Soydaşlarımız sözügedən parkın qapısına qıfıl vurulduğunu bildiriblər. …

Read More »

Mübariz Mənsimovun MGTV “RUPORU”: “Palmali”nin sahibi hansı kombinasiya üzrə “oynayır?” – FOTO

Hər-hansı səbəbə görə Azərbaycandan kənarda məskunlaşan, müxtəlif sahələrdə fəaliyyət göstərən soydaşlarımızın Ana Vətənləri üçün faydalı işlər görmələrinə, yaşadıqları ölkələrdə mənsub olduqları xalqı layiqincə təmsil etmələrinə yönəlik gözləntilər hər zaman olub və olacaq. Bu gözləntilərin müəyyən miqyasda doğrulduğunu vurğulamaqla yanaşı, qeyd etmək yerinə düşər ki, bu gün xaricdəki soydaşlarımız arasında adını fəxrlə çəkdiyimiz, bütöv bir xalqın qürur yerinə çevrilən çox sayda …

Read More »

Mübariz Mənsimov, əslində, kimdir

Alqış HƏSƏNOĞLU XIV əsrdə yaşamış filosof, dövlət xadimi və tarixçi İbn Xaldun qeyd edirdi ki, dövlət nə qədər qüdrətli və sarsılmaz olsa da, onu təşkil edən fərdlər və cəmiyyət kövrəkdir. Bu fikrin söylənildiyi dövr ilə indiki vaxt arasında 7 əsr fərq olsa da, insanın fitrəti, dövlətin təbiəti, cəmiyyətin isə xarakteri dəyişməyib. Xüsusilə də, Şərq toplumlarında ictimai rəy daha kövrəkdir, təsirə …

Read More »

Eynulla Fətullayev: “Mübariz Mənsimov Əfqanıstanda döyüşməyib, aşbaz olub…”

 Bir neçə gün öncə biznesmen Mübariz Mənsimov Sovet ordusu sıralarında Əfqanıstanda döyüşdüyünü bildirmişdi.Boyukmillet.com xəbər verir ki, bu fikirləri haqqin.az saytının rəhbəri Eynulla Fətullayev bildirib. “Müfadiə Nazirliyindən sorğuma cavab olaraq bildiriblər: “22.03.1968-ci il təvəllüdlü, Mənsimov Mübariz Qurbanəli oğlu. 12.07.1987-14.04.1989-cu illərdə keçmiş sovet ordusunun 145 nömrəli hərbi hissəsinin hərbi qida məktəbində xidmət edib. Hərbi uçot ixtisası-Qoşun Qidasının aşbazı. Keçmiş SSRİ SQ-nin 145 …

Read More »

Samir Adıgözəlli: “Mübariz Mənsimov “Lotu Quli”ni sağlığında söyə bilməzdi”

Türkiyədə yaşayan, Azərbaycanlı iş adamı kimi tanınan Mübariz Mənsimovun Xural tv də qarmaqarışıq videosunu izlədim.Niyə qarmaqarışıq ? Mənsimov həmin videoda “Nənəm mənə kor deyib, gəlib gedəni vur deyib ” məntiqi ilə, daha doğrusu məntiqsiz ifadələrlə çıxış edir. Hər kəsi hədələdi, borclu çıxartdı , döydü – söydü , özünü isə öz aləminin kralı elan etdi. Türmədən çıxdıqdan sonra gündəmə gəlmək istəyən …

Read More »

KKTC XİN rum arxiyepiskopunun açıqlamalarını qınadı

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Xarici İşlər Nazirliyi rum arxiyepiskopunun açıqlamalarını qınayıb.  Boyukmillet.com  xəbər verir ki, Xarici İşlər Nazirliyi bununla bağlı yazılı açıqlama yayıb.Açıqlamada, “rum arxiyepiskopunun Pasxa bayramı ilə bağlı yaydığı və Kipr Rum Pravoslav Kilsəsinin keçmişdən bu günə Kıbrıs Türk xalqına və Türkiyəyə qarşı nifrətini əks etdirən bəyanatını qınayırıq” deyilir. “Rum arxiyepiskopunun Kipr adasındakı vəziyyəti Rusiyanın Ukraynaya hücumu ilə əlaqələndirmək …

Read More »

Ermənilərin köçürülməsi qərarını kim verib?

Bu gün bütün Avropada nəinki türkofobiya, həmçinin islamofobiya da çox körüklənir. Bu əlbəttə, liberal dəyərlərlə pərdələnərək ictimai şüurlara hökm kəsilməyə başlayan avropa milliyətçiliyidir. Bunun da əsas təbiğçiləri Fransa və Almaniyadır. Əslində Almaniya siyasiləri çox gözəl anlayırlar ki, Birinci Dünya savaşında bütün cəbhələrdə baş verən proseslərə Almaniya hərbi komandalığı məsuliyyət daşıyırdı. Çünki bütün Osmanlı cəbhəsindəki hərbi və mülki əməliyyatlar öncə alman …

Read More »

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində İctimai Şuranın 2022-ci ilin yanvar-mart ayları üzrə görülmüş işlərə dair hesabat iclası keçirilib. İclasda cari ilin fəaliyyət planı və İctimai Şura yanında fəaliyyət göstərən işçi qrupların müvafiq dövrü əhatə edən hesabatları dinlənilib, görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb, bu ilin ikinci rübündə icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, iclası giriş sözü ilə açan …

Read More »