Cümə axşamı , 19 Fevral 2026

Gündəm

Gürcüstan Azərbaycan yük maşınlarını niyə saxlamışdı? – 20 günlük sərhəd oyununun SƏBƏBİ

Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıq saxlanılan Azərbaycan yük avtomobilləri ilə bağlı gərginlik nəhayət aradan qaldırıldı. Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra Tbilisi rəsmiləri prosesin “çox qısa zamanda tam həll olunacağı” barədə öhdəlik verdilər və artıq praktiki addımlar atılmağa başlanıldı. Beləliklə, bütün yük avtomobilləri buraxılışa hazırlandı və keçidi təmin olundu. Lakin bu, məsələnin yalnız texniki tərəfidir. Son günlər yaşanan …

Read More »

“Amnesty International” Əli Kərimlinin həbsi ilə bağlı bəyanat yayıb

“Amnesty International” Beynəlxalq Insan Haqları Təşkilatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsini pisləyən bəyanat yayıb. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib ki, Azərbaycan hakimiyyəti bununla  ölkəni daha da avtoritarlaşdırdığını sübut edib. “Hakimiyyət siyasi müxalifəti tamamilə əzməkdə və ölkədəki hər cür narazılığı boğmaqda sərhəd tanımır. Müxalifət liderini “hakimiyyəti ələ keçirməyə cəhd” ittihamı …

Read More »

Kiberpolis “Zuerx” onlayn maliyyə dələduzluq piramidasına qarşı əməliyyat keçirib

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi onlayn dələduzluq piramidası olan “Zuerx” platformasına qarşı əməliyyat keçirib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən piramidanı idarə edən şəxslər 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlub olub ki, onlar “Whatsapp” və digər ani …

Read More »

Ramiz Mehdiyev-Əli Kərimli ittifaqının sonu

Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib. Boyukmillet.com Modern.az-a istinadla xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. Qurumun adı artıq bir çox rəsmi sənəddən çıxarılıb. Bundan sonra Naxçıvanda qaz təchizatına “Azəriqaz” İstehsalat Birliyi nəzarət edəcək. Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinin balansına verilməsi barədə məlumat yayılıb. …

Read More »

QHTlərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi… –  FOTOLAR

Aygün Əliyeva karyera pillələrinə irəliləməsində müstəsna rol oynayan şəxsə qrant ayırıb(?) Yenixeber.org: QHT-lərə Dövlət Dəstəyi  Agentliyi ilə bağlı  araşdırmalarımızla daha bir maraqlı faktla qarşılaşdıq. Agentlik 2022-ci ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sabiq sədri  Ramiz Göyüşovun “Əbədiyyətə qovuşanlar” adlı kitabının çapına maliyyə dəstəyi verib. Kitab QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin maliyyə dəstəyi ilə çap olunub və hətta M.F.Axundov kitabxanasına da hədiyyə edilib. İlk baxışdan bir nəsnə görünməsədə, Yenixeber.org-a daxil olan məlumatlardan belə məlum olur ki, Aygün Əliyevanın bu …

Read More »

Tbilisidə kütləvi mitinq: QHT-lər hökuməti geniş repressiyalarda ittiham etdi

Gürcüstanın paytaxtı Tbilisidə fasiləsiz etirazların bir illiyi genişmiqyaslı mitinqlə qeyd edilib. Aksiyada çıxış edən QHT-lər birgə bəyanat yayaraq, hökumətin son bir ildə repressiyaları gücləndirdiyini bildiriblər. Bəyanata görə, bu müddətdə 160-a yaxın cinayət işi açılıb, təxminən 300 etirazçı işgəncə və pis rəftara məruz qalıb, 600-dən çox şəxs saxlanılıb, 1000-dən çox insan siyasi motivlərlə cərimələnib. Bundan əlavə, jurnalistlərə qarşı 400-ə yaxın təzyiq …

Read More »

Məmməd İbrahimliyə BU İTTİHAMLAR irəli sürüldü – RƏSMİ

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP funksioneri Məmməd İbrahimliyə artıq rəsmi ittiham elan olunub. Boyukmillet.com xəbər verir ki, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – “hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər” üzrə ittiham irəli sürülüb. Bu maddə dövlət çevrilişi cəhdi, hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşuna qarşı …

Read More »

Əli Kərimli hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur

AXCP sədri Əli Kərimli ağır cinayətdə ittiham olunur. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb. Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, AXCP sədrinin ifadəsi alınıb və böyük ehtimalla o bugün təqsirləndirilən şəxs qismində cinayət …

Read More »

Ağsuda torpaq saxtakarlığı

Rayonun Bozavand kəndində əkin sahələrinin xəritəsi qanunsuz şəkildə dəyişdirilib; camaat istintaq komissiyası tələb edir Ağsu rayonunun Bozavand kəndində aylardır davam edən torpaq qalmaqalı yeni mərhələyə daxil olub. Kənd sakinləri 30 ilə yaxındır əkib-becərdikləri hektarlarla pay torpağının saxta xəritə tərtib edilərək əllərindən alınmasından narazıdırlar. Sakinlərin haqlı etirazlarından sonra ortaya “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən verilmiş bir cavab çıxıb. Kəndin …

Read More »

TƏCİLİ: Qazaxıstan AZAL-ın təyyarə qəzası ilə bağlı MƏLUMAT YAYDI

Qazaxıstan hökuməti 2025-ci ilin sonuna qədər Aktau hava limanı yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin təhqiqatı ilə bağlı məlumat verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov brifinqdə məlumat verib. Onun sözlərinə görə, faciədən 3 ay sonra müvafiq komissiyaya təqdim edilən ilkin nəticələrə əsasən, daha dərin mürəkkəb ekspertizalar aparılır. Kaliakparov qeyd edib ki, iş …

Read More »