Türkiyənin İstanbul şəhərində meşəlik ərazidə yanğın olub. Boyukmillet.com xəbər verir ki, hadisə Pendikdə qeydə alınıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Yanğına qurudan müdaxilə edilib, habelə alovun söndürülməsi üçün əraziyə helikopter cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın lokallaşdırılıb və alovun genişlənməsinin qarşısı alınıb.
Read More »Bakı Baş Gömrük İdarəsinin həbs edilən əməkdaşlarının məhkəməsi… – Hakim özünə etiraz etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin həbs edilən əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məlumata görə, hazırlıq iclası hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib. Təqsirləndirilən şəxslərdən biri ilə qohumluq əlaqəsi olduğuna görə tərkib heyətində olan hakim Telman Hüseynov özü-özünə etiraz edərək işə baxmaqdan imtina edib. Proses qeyri-müəyyən müddətə təxirə salınıb. Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük …
Read More »Sabir Rüstəmxanlının İranla bağlı çıxışı qalmaqal yaratdı – notaya reaksiyalar
Deputatın sözlərinə görə, Azad İran beynəlxalq konfransına qatılması qonşu ölkənin hakim dairələrində, xaricdə yaşayan bəzi “milli fəal”lar arasında çaxnaşma salıb; Tehran Bakıya nota verdi; Fəzail Ağamalı: “Sabir Rüstəmxanlıya İran rejiminin hücumunu pisləyirəm” Xalq şairi, deputat, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının onlayn keçirilən Azad İran adlı beynəlxalq konfransa qatılması ciddi reaksiyalar doğurub. “Yeni Müsavat”ın məlumatına görə, S.Rüstəmxanlı deyib ki, onun …
Read More »Üçtərəfli anlaşma və təkqapıya oyun: Kremlin əsl məramı sülh deyil
Rauf Mirqədirov: “10 noyabr bəyanatını diqqətlə oxumaq lazımdır, orada qeyri-müəyyənliklər var” Son günlər Rusiya ilə Azərbaycan arasında “soyuq küləklər” əsməkdədir. Münasibətlərin gərginləşməsi bir neçə amillə xarakterizə edilir. Birincisi, Rəsmi Bakını narahat edən məqam Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətidir. Belə ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Birgə Bəyanatın müddəalarına əməl olunmur. Xüsusilə də, Bəyanatın 4-cü …
Read More »Eldar Həsənovun məhkəməsinin vaxtı məlum olub
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 27-ə təyin olunub. Boyukmillet.com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutacaq. Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və …
Read More »Eldar Həsənovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınan qurumlar məlum olub
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınan qurumların adları məlum olub. Boyukmillet.com xəbər verir ki, iş üzrə Xarici İşlər və Maliyyə nazirlikləri zərərçəkmiş kimi çıxış edəcəklər. Qeyd edək ki, Eldar Həsənovun cinayət işi icraata verilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq. Xatırladaq …
Read More »“Taliban”ın qardaşlıq mesajına Türkiyədən cavab gəldi – Çavuşoğlu taliblərə səsləndi
““Taliban”ın Türkiyə barədə mesajlarını müsbət qarşılayırıq”. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, Türkiyə Əfqanıstanda bütün tərəflərlə dialoqu davam etdirir. “Ankara Əfqanıstanda sabitliyin bərpa olunması üçün ən çox dəstək verən ölkələrdən biridir” – deyə diplomat bildirib. Qeyd edək ki, “Taliban” açıqlamasında Türkiyəni “qardaş ölkə” adladırıb.
Read More »Özbəkistan Əfqanıstan təyyarəsini vurdu
Özbəkistan Hava Hücumundan Müdafiə Qüvvələri Əfqanıstana məxsus təyyarəni vurub. Boyukmillet.com xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb. Surxandərya vilayətinin Şerabad rayonu ərazisində Əfqanıstana məxsus hərbi təyyarənin Özbəkistanın hava sərhədlərini pozduğu, bu zaman Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğu qeyd olunub. Məlumata görə, pilotların hər ikisi sağdır. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.
Read More »Hamını öz ağlınızla ölçməyin! – Sabir Rüstəmxanlıdan böhtanlara sətr cavab
Beynəlxalq Konfransına onlayn qatılmağım və çıxışım həm İranın hakim dairələrində, həm də xaricdə yaşayan bəzi “milli fəal”lar arasında çaxnaşma salıb və anındaca sosial mediada bu işlərdən çox uzaq olan, lakin mənə hücum üçün bəhanə gəzən adamların dedi-qodu kompaniyasının ağzı açılıb İranda son prezident seçkilərinə həsr olunmuş bu konfransı İran Xalq Mücahidləri təşkilatı keçirirdi və 50 mindən çox qatılımçısı var idi. …
Read More »Sabiq səfir Eldar Həsənovun barəsində cinayət işinin istintaqı tamamlanıb
Sabiq səfir Eldar Həsənovun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı tamamlanıb. Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar