Bu gün Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan media işçilərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilir. Boyukmillet.com xəbər verir ki, mərasim Şəhidlər xiyabanı ilə Azərbaycan Televiziyasının (AzTV) yaxınlığında keçirilir. Mərasimdə mətbuat nümayəndələri, ölkənin tanınmış şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasim iştirakçıları şəhid olan media işçilərinin vəfatı ilə əlaqədar qoyulmuş xatirə guşəsinin qarşısına gül dəstələri düzürlər. …
Read More »İtaliya səfirliyi Kəlbəcərdə media işçilərinin həlak olması ilə bağlı başsağlığı verib
İtaliyanın Azərbaycandakı səfirliyi media işçiləri Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda onları daşıyan avtomobilin minaya düşməsi nəticəsində həlak olmaları ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirlik feysbuk səhifəsində paylaşım edib. “Jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda minaya düşərək həlak olması xəbəri bizi həqiqətən kədərləndirdi. Hadisə ilə bağlı onların yaxınlarına səmimi qəlbdən başsağlığı veririk”, …
Read More »“Nar”ın dəstəyilə ölkənin ən böyük Azərbaycan dilli audiokitab toplusu yaradılır
“Nar” ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə “Canlı kitab” sosial layihəsini davam etdirir. “Radio Antenn” 101 FM-lə birgə hazırlanan layihə çərçivəsində Azərbaycan və dünya ədəbiyyatından seçmə nümunələr “YouTube” platformasında cəmləşdiriləcək. Qeyd edək ki, “Canlı kitab” layihəsi çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından seçilmiş 135 əsər ana dilimizdə audiokitablar şəklində artıq “YouTube” səhifəsində yerləşdirilib. Yüksəksürətli “Nar” mobil interneti vasitəsilə istənilən yerdən onlayn …
Read More »Şimali Kipr Türk Cümhuriyyəti bu tarixdən bütün keçid qapılarını açır – PREZİDENT AÇIQLADI
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bütün keçid qapılarının cümə günü yenidən istifadəyə veriləcəyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Ersin Tatar cümə günündən etibarən, 7 günlük bir PZR mənfi test nəticəsi ŞKTC-dən Cənubi Kiprə və Cənubi Kiprdən ŞKTC-ye tranzit üçün kifayət edəcəyini bildirib. Bu qaydalar üçüncü ölkə vətəndaşlarına da şamil olunacaq. Prezident Adminstarsiyasından verilən açıqlamaya görə, Ersin Tatar mart …
Read More »DİN-in sosial şəbəkə istifadəçilərinə “narkotik xəbərdarlığının” ciddi əsasları var…
Samir Adıgözəlli: “DİN-in bu xəbərdarlığı tam zamanında edilib və vətəndaşlar da ayıq-sayıq olmalıdırlar” Sosial şəbəkələrdən hər kəsin öz məqsədləri üçün istifadə etdiyi məlumdur. Çox təəssüflər olsun ki, sosial şəbəkələrdən yanlış istiqamətlər üçün istifadə edənlər də az deyil. Narkotik ticarətçiləri də sosial şəbəkələr üzərindən aktiv fəaliyyət qurmağa başlayıblar. Son zamanlar sosial şəbəkə üzərindən narkotik alverinin qızışdığının şahidi oluruq. Sosial şəbəkələr üzərindən …
Read More »Azərbaycan Ermənistana növbəti dəfə xəbərdarlıq edib
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər …
Read More »İkinci Qarabağ müharibəsində məhv edilən erməni hərbçilərinin cəsədləri gizlədilir
İkinci Qarabağ müharibəsində məhv edilmiş erməni hərbçilərin meyitlərinin Ermənistanın Abovyan şəhərindəki vərəm xəstəxanasının zirzəmisində gizlədildiyi məlum olub. Boyukmillet.com xəbər verir ki, sosial mediada həmin xəstəxanadan videogörüntülər yayılıb. Belə ki, videogörüntülərdə erməni hərbçilərin meytilərinin polietilen paketlərə bükülərək soyuducu kameralarda deyil, xəstəxananın çirkli zirzəmisində saxlanıldığını görmək olar. Sosial mediada yayılan məlumatlara görə, zirzəmidə 186 əsgərin meyiti saxlanılır.
Read More »Köçəryan Paşinyanı təhqir etdi: “Verilə biləcək hər şeyi verən biridir“
“İcraedici hakimiyyətin başında siyasi cırtdan durur”. Boyukmillet.com “RBK”-ya istinadla xəbər verir ki, bunu Rusiya nəşrinə geniş müsahibəsində Robert Köçəryan bildirib. Ermənistanın ikinci prezidenti Robert Köçəryan hesab edir ki, baş nazir Nikol Paşiyanın 1999-cu ildə Meğrini təslim etmək niyyəti ilə əlaqədar Köçəryana qarşı ittihamları sadəcə şərhlərə layiq deyil. “Bu cəfəngiyatdır. Bu, bir növ, köpükdən yapışmaqdır. O, həqiqətən, verilə biləcək hər şeyi …
Read More »Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşüb
Azərbaycanda bu gün koronavirus infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 462 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 6 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 333 min 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 324 min 565 nəfər müalicə olunaraq sağalıb, …
Read More »Peyvənd olunanların sayı açıqlanıb
Mayın 31-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 407 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 227 nəfər olub. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 253 min 216-ya bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 352 min …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar