“Faciə dəhşətlidir, çünki biz bir ölkənin vətəndaşları idik. Bunun Sovet dövründə olduğunu xüsusi vurğulamaq istəyirəm. Müasir Azərbaycan bu dəhşətli günü heç vaxt demokratik Rusiya ilə əlaqələndirmir. Qanlı faciə tariximizə qara ləkə kimi düşdü. Lakin müdrik Azərbaycan xalqı bu çətin dönəmi adlamağı bacarıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. “Bu gün onunla sakitlik tapırıq ki, keçən il …
Read More »Siyavuş Novruzov Qüdrət Həsənquliyevi “beşinci kolon”un üzvü adlandırdı
Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovu və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevi “beşinci kolon”un üzvü adlandırıb. Azsiyasət.com xəbər verir ki, S.Novruzov jurnalist Əvəz Zeynallının “Rusiyanı dövriyyədən çıxara bilərikmi, yoxsa atom bombası atar?” sualına gülərək belə cavab verib: “Yox, o Qüdrət Həsənquliyevin, “beşinci kolon”un fikridir”. Ə.Zeynallı “Əli …
Read More »Türk-rus birgə layihəsi: 60 illik xəyal gerçəkləşir – Varank
“Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk reaktoru 2023-cü ilin sonunda istifadəyə veriləcək və elektrik istehsalına başlayacaq. Boyükmillet.com xəbər verir ki, bunu Türkiyənin Sənaye və texnologiya naziri Mustafa Varank açıqlayıb. Nazir bildirib ki, bu, Türkiyənin 60 illik arzusudur: “Lisenziyanı 1976-cı ildə almışdıq, lakin bu tarixə qədər burada nüvə stansiyası tikə bilməmişdik. Hazırda 10 kvadrat kilometr ərazidə 4 min 800 meqavat gücə sahib …
Read More »Qeydiyatı Naxçıvanda olan vətəndaşlara Bakıda şəxsiyyət vəsiqəsinin verilməsi uğurla həyata keçirilir
Yanvarın 7-dən etibarən, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhəri ndə, ” Pasport və Qeydiyyat ” idarəsində Naxçıvan qeydiyyatı olan, Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yaşayan vətəndaşların sənədlərinin qəbulu başlayıb. Boyukmillət.com xəbər verir ki, bu günə qədər 1049 nəfərin sənədi qəbul edilmişdir. Onlardan, 481nəfərə şəxsiyyət vəsiqələri verilib. Sənədlərin qəbulu və verilməsi prosesi hal hazırda davam edir. Boyukmillet.com-a …
Read More »Çində koronavirus yenidən qayıtdı – Yoluxma sayı artdı
Çin səlahiyyətliləri koronavirusun yeni növünə yoluxanlar üçün müvəqqəti xəstəxanaların tikintisini bərpa ediblər. Boyukmillet.com xəbər verir ki, son beş gündə ölkənin şimalındakı Hubey əyalətində 1 500 palatalı xüsusi tibb müəssisəsi yaradılıb. Bildirilir ki, xəstəxana Nanqun şəhərində yerləşir. Ora yanaşı bölgələrdən yoluxmuş insanlar gətirilir. Önümüzdəki günlərdə Çin hökuməti təxminən 6,5 min ixtisaslaşmış binaya sahib olacaq daha altı oxşar obyekt tikməyi planlaşdırır. Hər otaq …
Read More »Azərbaycanda koronavirusa 402 yeni yoluxma qeydə alınıb, 15 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 650 nəfər müalicə olunaraq sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 226 min 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 214 min 423 nəfər müalicə olunaraq sağalıb, 2 998 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 530 nəfərdir. Ötən müddət ərzində 2 milyon 311 min …
Read More »Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq 2020-ci il yanvarın 15-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib. Boyukmillet.com xəbər verir ki, ərizənin hazırlanmasına beynəlxalq hüquq aləmində tanınmış ekspertlər və Azərbaycan Respublikasının aparıcı hüquqşünasları cəlb olunublar. Ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 …
Read More »TƏBİB vaksindən ölümə görə kompensasiya veriləcəyi ilə bağlı iddialara münasibət bildirib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər sosial şəbəkələrdə yeni növ koronovirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq ediləcək vaksinlərin təhlükəli olması və postvaksional ağırlaşmalara, ölüm hallarına görə kompensasiya veriləcəyi ilə bağlı iddialara aydınlıq gətirib. Boyukmillet.com-un xəbərinə görə, qurumdan həmin şayiələrin həqiqəti əks etdirmədiyi bildirilib. Qeyd olunub ki, TƏBİB tərəfindən bununla bağlı hər hansı açıqlama verilməyib: “Ümumiyyətlə, sözügedən məsələlərin tənzimlənməsi …
Read More »Çinli mütəxəssislər Pfizer peyvəndinin yaşlılara vurulmasına qarşıdır
Çinin səhiyyə üzrə mütəxəssisləri Norveçdə 23 ahılın ölümündən sonra Pfizer peyvəndinin yaşlılara vurulmasının dayandırılması ilə bağlı çağırış edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Çin qəzeti “Global Times” yazıb. Qeyd olunub ki, mРНК əsaslı yeni peyvənd tələsik hazırlanıb, yoluxucu xəstəliklərin qarşısını almaq üçün heç vaxt geniş miqyasda istifadə edilməyib. Çinli mütəxəssislərə görə ölüm hallarının peyvəndlərdən və ya xroniki xəstəlikdən qaynaqlandığını təyin …
Read More »Azərbaycanda koronavirusa 349 yeni yoluxma qeydə alınıb, 12 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349yeni yoluxma faktı qeydə alınıb, 494nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 226 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 773nəfər müalicə olunaraq sağalıb, 2 983 nəfər vəfat edib, aktiv xəstə sayı 9 793 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 231, …
Read More »