İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Read More »Azərbaycan hərbçiləri Türkiyədə “AKINCI” PUA-larından istifadə kursunu uğurla bitiriblər
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iki qardaş ölkə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində “AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu”nda iştirak ediblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Türkiyənin “Baykar” müdafiə sənayesi şirkətinin təşkilatçılığı ilə Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində keçirilən kursun növbəti buraxılış mərasimi olub. Mərkəzin rəhbəri cənab Halil Akar açılış nitqi …
Read More »Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın göndərib
Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Qarabağda minalı ərazilərin təmizlənməsində istifadə olunacaq “MEMATT”lar (Mexaniki Mina Təmizləmə Təchizatı) qardaş Azərbaycan üçün xeyirli olsun. Ümumilikdə, qardaş Azərbaycana 20 “MEMATT” verilib”, – nazirlikdən bildirilib.
Read More »Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
İyulun 30-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin …
Read More »Müdafiə naziri ordu komandanlarına yeni tapşırıqlar verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrində qışa hazırlıq işlərinin plana əsasən tamamlanmasını tapşırıb. Nazir tapşırığını iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə çatdırıb. Müdafiə naziri bölmələrdə xüsusilə …
Read More »Azərbaycan Ordusunda döyüş hazırlığı ilə bağlı yoxlamalar keçiriləcək
Döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən Azərbaycan Ordusunun qoşunlarında yoxlamalar keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intevsivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə …
Read More »Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində mövqelərini atəşə tutub
İyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Read More »Zakir Həsənov ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun qoşunlarına ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nazir əmrini iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb …
Read More »Azərbaycanda müddətli həqiqi hərbi xidmətə iyul çağırışı başa çatıb
Prezident İlham Əliyevin 2022-ci il iyunun 1-də imzaladığı sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Boyukmillet.com xəbər verir ki, sərəncamın icrası təmin edilib və iyul ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam …
Read More »Azərbaycan Ordusunda yeni tədris dövrünə hazırlıq prosesi davam edir
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir. Yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, poliqonlar, döyüş texnikaları, şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb. Qeyd edək ki, Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, müdafiə nazirinin əmr və …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
