2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilib. Tank heyətləri minalanmış sahələri, təbii və süni maneələri dəf etdikdən sonra şərti düşmən hədəflərinin, həmçinin tank əleyhinə vasitələrinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər. Məşğələlərdə əsas diqqət tank bölmələrinin döyüş hazırlığının yüksəldilməsinə və heyət üzvlərinin fərdi bacarıqlarının təkmilləşdirilməsinə …
Read More »MN: “Ordumuzun Ermənistanla sərhəddə qarşı tərəfə atəş açması barədə məlumat yalandır”
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması iddialarını təkzib edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib. “Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır”.
Read More »MN: “Azərbaycan Ordusunun Qırmızı Bazar istiqamətində atəş açması barədə məlumat yalandır”
Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin pozulması iddialarını təkzib edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib. “Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir”, – nazirlikdən qeyd olunub.
Read More »Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiyada səfərdədir
Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) “G-121” və “G-129” gözətçi gəmiləri Rusiyada səfərdədir. Hərbi dənizçilərimiz Rusiyanın Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib. Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.
Read More »“Ordu ilə bağlı “qırmızı cizgi”ni keçmək yolverilməzdir” – RƏY
“Sosial şəbəkələrin mövcudluğu dövründə bəzi məlumatların məxfiliyini qorumaq, dezinformasiyaların qarşısını almaq çox çətindir. Təəssüf ki, bəzi insanlar ordumuzla bağlı hansısa məlumat yayarkən bu işin məsuliyyətini başa düşmürlər”. Kiminsə həbs olunmasının tərəfdarı olmadığını bildirən ekspertin sözlərinə görə, ordu ilə bağlı dezinformasiyalar yayan və yaxud da məxfiliyi pozan şəxslər cəzalandırmalıdır: “Cəza ona görə tətbiq edilməlidir ki, səhvlərini anlasınlar. Kiçik bir ehtiyatsız davranış …
Read More »Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 31-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək DİM-dən bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunacaq. İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulur. İmtahanın idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) …
Read More »ABŞ generalı Azərbaycan Ordusunun hərbi hissəsinə baş çəkib
ABŞ ilə Azərbaycan arasında ikitərəfli hərbi əməkdaşlığa və “Ştatla Tərəfdaşlıq Proqramı”na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi …
Read More »MN: Mina partlayışında bir neçə hərbçinin xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır
Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Bildiririk ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları …
Read More »Azərbaycan MN: “Erməni silahlı birləşmələri 9 dəfə təxribat xarakterli silahlı insident törədib”
Ötən sutka ərzində erməni silahlı birləşmələri ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədib. “Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, …
Read More »Baş Prokurorluq: “7 hərbçi və 1 mülki şəxs həbs edilib, daha 1 nəfər axtarılır”
Azərbaycanda 7 hərbi qulluqçu və 1 nəfər Bərdə rayon sakini həbs edilib, daha 1 nəfər axtarılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları və qeyrilərindən ibarət cinayətkar dəstə iyulun 21-də 90 kq-dan artıq narkotik vasitəni sərhəddən keçirməyə çalışarkən qanunsuz əməlləri ifşa edilib. Baş prokuror tərəfindən qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
