Cümə , 12 Dekabr 2025

Hərbi

Rumıniyanın Milli Müdafiə Universitetində İkinci Qarabağ müharibəsindən danışılıb

Rumıniyanın Birinci Karol Milli Müdafiə Universitetində “Strategiyalar XXI” adlı beynəlxalq elmi-praktik onlayn konfrans keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Konfransın plenar iclasında Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev “İkinci Qarabağ müharibəsinin hərbi aspektləri” mövzusunda məruzə ilə çıxış edib və konfrans iştirakçılarının suallarını cavablandırıb.

Read More »

Azərbaycan və Pakistan HHQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İyunun 29-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan general-leytenant R.Tahirov ölkələrimizin digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya sahəsində əməkdaşlığının da inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da …

Read More »

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

İyunun 29-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayaraq ölkələrimiz arasında ənənəvi mehriban dostluq və qardaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib. Baş Qərargah rəisi Azərbaycan …

Read More »

MN: “Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub”

İyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin …

Read More »

Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 25 iyun 2022-ci il tarixli sərəncamına əsasən təltif olunan bir qrup hərbi qulluqçuya müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən ali hərbi rütbələr təqdim edilib. İyunun 28-də hərbi qulluqçuları qəbul edən müdafiə naziri Ali Baş Komandanın göstərişinə əsasən ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl tədbirlərdən və Orduda aparılan genişmiqyaslı islahatlardan …

Read More »

Azərbaycan Ordusunun artilleriya bölmələrində döyüş atışlı təlim keçirilir

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyətinin, həmçinin şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarılaraq təyin olunan yerlərdə atəş mövqelərini tutublar. Bölmələr …

Read More »

Türk-İslam dünyası şəhid və qazi ailələrinin birinci toplantısı keçirilib

TÜRKİYƏNİN KONYA ŞƏHƏRİNDƏ TƏŞKİL OLUNAN TƏDBİRDƏ AZƏRBAYCAN DA TƏMSİL OLUNUB İyunun 24-dən 26-na qədər Türkiyənin Konya şəhərində Türk-İslam dünyası şəhid və qazi ailələrinin birinci böyük toplantısı keçirilib. Toplantı Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Dərnəyinin təşkilatçılığı ilə Konyadakı Səlcuqlu Konqres Mərkəzində baş tutub.Boyukmillet.com xəbər verir ki, Türkiyə, Azərbaycan, Quzey Kıbrıs, Bosniya türklərini, İraq və Suriya türkmənlərini, həmçinin, Krım tatarlarını qurum …

Read More »

Ali Baş Komandan: “İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir”

“İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə deyib. “Bu gün biz Silahlı Qüvvələr Gününü Kəlbəcərdə qeyd edirik, azad olunmuş Kəlbəcərdə. Eyni zamanda, …

Read More »

Yasəmən Möhübbətqızı: “Qüdrətli Ordumuzla fəxr edirik”

Məlumdur ki, 1918-ci il 26 iyun tarixli fərmanla yaradılmış Azərbaycan Milli Ordusunun qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmişdir. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordusunun ləğv edilməsi, yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Sovetində milli ordunun yaradılması haqqında qərarın qəbul …

Read More »

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm! Mərdliyinizə və dözümlülüyünüzə görə çox sağ olun! Azərbaycanın …

Read More »