Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Moskva şəhərinə yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir. Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.
Read More »ANAMA 18 minatəmizləyən maşın alıb
“Azərbaycan Minatəmizləmə Agentliyi 18 minatəmizləyən maşın alıb”. Boyukmillet.com xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həmin minatəmizləyən maşınlar azad olunmuş ərazilərdə təmizləmə işlərinə cəlb edilib.
Read More »ANAMA: “Azad olmuş torpaqlarda ərazilərin havadan tədqiqatına İngilltərə şirkəti cəlb edilib”
“Azad olmuş torpaqlarda ərazilərin havadan tədqiqatına İngilltərə şirkəti cəlb edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, tədqiqatçılar dronlarla və müxtəlif cihazlarla əraziləri tədqiq edir: “Tədqiqatın nəticəsi süni intellekt vasitəsi ilə emal olunur. Bu da minatəmizləyənlərin işinin asanlaşıdırılması üçün xüsusi önəm daşıyır”. Sədr əlavə edib ki, 18 ədəd minatəmizləyən maşın alınıb …
Read More »ANAMA və ADRA arasında memorandum imzalanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) arasında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, memorandumun məqsədi vizual kommunikasiya vasitələri hesabına partlayıcı qurğuların təhlükəsi ilə bağlı insanların maarifləndirilməsi işini təkmilləşdirmək, mina xəbərdaredici işarələrin göstəriciləri barədə məlumatlandırmağa davam etmək, habelə, insanların şüurunda nizam-intizam və özünə məsuliyyət barədə fikir formalaşdırmaqdır. İmzalanma mərasimində çıxış edən ANAMA-nın sədri Vüqar Süleymanov bildirib ki, …
Read More »Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki təlim başa çatıb
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə tək və taktiki qrup şəklində döyüş tapşırıqları yerinə yetirilib, şərti düşmənin hava və dəniz hədəfləri məhv edilib, sualtı diversiyaya qarşı qumbaraatma fəaliyyəti, eləcə də döyüş atışları icra olunub. Taktiki təlim …
Read More »Azərbaycan MN: “Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub”
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Ermənistan silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutub
İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Azərbaycan qırıcıları təlimlərdə iştirak etmək üçün Türkiyədədir – VİDEO
Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcıları “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki uçuş təlimlərində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə gəlib. Boyukmillet.com xəbər verir ki, təlimə hazırlıqla bağlı yoxlama uçuşları keçirilib. Məlumata görə, beynəlxalq taktiki uçuş təlimlərində Azərbaycanı Su-25 və MiQ-29 qırıcı təyyarələri təmsil edəcək. Bildirilib ki, təlimdə Türkiyə və Azərbaycan hərbçiləri ilə yanaşı, Böyük Britaniya, İordaniya və Pakistanın hərbi qulluqçuları da …
Read More »Şəhid ailələri N hərbi hissəsini ziyarət ediblər
Müdafiə nazirinin tapşırığına əsasən, bir qrup şəhid ailəsi və yaxınlarının N hərbi hissəsinə ziyarəti təşkil olunub. Şəhidlərin ailə üzvləri və yaxınları hərbi qulluqçuların xidmət, həmçinin sosial-məişət şəraiti ilə tanış olublar. Ziyarət çərçivəsində 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Qeyd olunub …
Read More »Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə hərbi qulluqçular igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Anma mərasimində polkovnik Elşad Əbilov Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Milli Qəhrəmanın göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
