Şənbə , 13 Dekabr 2025

Hərbi

İranın hərbi gəmiləri Bakıya gəlib

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 7-də Bakıya gəliblər. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Read More »

Kəlbəcərdə minaya düşərək həlak olan şəhidin nəşi ailəsinə təhvil verilib

Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin nəşi ailəsinə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, onunla Naxçıvanın Culfa rayonunun Ləkətağ kəndində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra şəhidin cənazəsi həmin kənd qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə …

Read More »

MN: “Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçib”

“Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinidən bildirilib.

Read More »

Bakıda şəhidlə vida mərasimi keçirilir

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu ilə vida mərasimi başlayıb. Boyukmillet.com xəbər verir ki, mərasim şəhidin Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərində keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər. Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi qəsəbədə yerləşən Şəhidlər …

Read More »

Azərbaycan hərbçisi Kəlbəcərdə minaya düşərək həlak olub

Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. “Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!”, – məlumatda qeyd edilib.

Read More »

Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil ediləcək, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz …

Read More »

Laçında şəhid olan əsgərlərdən biri Ağstafada, digəri Bakıda dəfn olunacaq

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Əliyev Tahir Çingiz oğlu Ağstafa rayonunda dəfn olunacaq. Boyukmillet.com-un məlumatına görə, 2002-ci il təvəllüdlü Tahir Əliyev Ağstafa rayonunun Xətai kənd sakinidir. Şəhidin nəşi sabah Ağstafa rayonunun Yenigün kənd qəbiristanlığında torpağa tapşırılacaq. Bundan əlavə, hadisə nəticəsində şəhid olan 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd …

Read More »

Azərbaycan Ordusunun Laçında yaralanan əsgəri həlak olub

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib. Boyukmillet.com xəbər verir ki, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər …

Read More »

Azərbaycan Ordusunun Laçında həlak olan əsgərlərinə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna şəhid statusu veriləcək. Boyukmillet.com xəbər verir ki, qanunvericiliyə əsasən, Samir Xudiyev şəhid statusu alacaq. Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər …

Read More »

Laçında döyüş tapşırığını yerinə yetirən Azərbaycan Ordusunun əsgəri həlak olub

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri alan əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir. Faktla bağlı …

Read More »