“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində Bakıda təyyarə və vertolyotların növbəti sınaq uçuşları keçirilir. “Mayın 26-29-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı baş tutacaq. İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir. Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək”, – nazirlikdən qeyd olunub. Xatırladaq ki, sınaq uçuşları mayın 23-dən …
Read More »Baş Qərargah rəisi “TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək texnikalara baxış keçirib
Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev “TEKNOFEST Azərbaycan” festivalının keçiriləcəyi əraziyə baş çəkib. Boyukmillet.com xəbər verir ki, o, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin festivalda nümayiş etdiriləcək texnikalarına baxış keçirib. General-polkovnik həmçinin “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib.
Read More »Bakıda Türkiyə qırıcı təyyarələrinin uçuşu həyata keçirilir
Bakıda baş tutacaq “Texnofest-2022” festivalına hazırlıqlar çərçivəsində qırıcı təyyarələrin uçuşu həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları – “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında məşq edir. Qeyd edək ki, Bakıda “Texnofest-2022” festivalı mayın 26-29-da keçiriləcək.
Read More »Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Qarsda birgə təlimi davam edir
Türkiyənin Qars şəhərində “Heydər Əliyev-2022” Birgə Batalyon Əməliyyat Qrupunun təlimi davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb. Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə keçirilən təlimin növbəti etapı “Yüksək Səviyyəli Müşahidəçi” günü adı ilə təşkil olunub. Məlumatda deyilir: “Bizi bir-birimizə bağlayan sarsılmaz qardaşlığımızdır”. Bizi birbirimize bağlayan sarsılmaz kardeşliğimizdir!Azerbaycan Türkü kardeşlerimizle beraber …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Boyukmillet.com icmalı təqdim edir.
Read More »Azərbaycan Ordusunun silah və texnikası yay mövsümündə istismar rejiminə keçirilir
Plana uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınaraq döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materiallarının dəyişdirilməsi həyata keçirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilir. …
Read More »Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb – RƏSMİ
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini …
Read More »Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi İdarəetmə İnstitutu yaradılıb
Azərbaycanda Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi İdarəetmə İnstitutu yaradılıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hər iki institut yeni yaradılan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərəcək. Bundan başqa, Hərbi Elmi-Tədqiqat İnstitutu da MN-in nəzdində fəaliyyət göstərəcək. “Report”un əldə etdiyi məlumata görə, Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin bazasında yaradılıb.
Read More »Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub
Mayın 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Read More »Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini intensiv atəşə tutub
Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
