Cümə axşamı , 11 Dekabr 2025

Hərbi

DTX Vətən müharibəsi dövründə Ermənistanda 300-dək müşahidə kamerasına girişi ələ keçirib

Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları Vətən müharibəsi dövründə Ermənistanda, təxminən, 300-dək müşahidə kamerasına girişi ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə İctimai televiziyanın efirində yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” adlı sənədli filmdə səsləndirilib. “Ermənistan internet mühitini bağlamışdı və əhalisini inandırmağa çalışırdı ki, Azərbaycan təcavüzkar dövlətdir. Ona görə də biz tədbir görməyə məcbur qaldıq. Ermənistanda, təxminən, 300-dək müşahidə kameralarını ələ keçirdik”, – …

Read More »

Artilleriya bölmələrində atəş tapşırıqları icra olunub

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının artilleriya bölmələrində atəş tapşırıqları icra olunub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri yerdəyişmə icra etdikdən sonra təyin olunan yerlərdə atəş mövqelərini tutublar. Təlimdə artilleriya qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsi, müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə …

Read More »

Zakir Həsənov ordunun şəxsi heyətinə döyüş vasitələrinin tətbiqinə hər an hazır olmağı tapşırıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov vəzifəli şəxslərə konkret tapşırıqlar verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə bildirilib. Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib. General-polkovnik Z.Həsənov …

Read More »

Müdafiə naziri bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi barədə göstəriş verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə real döyüş şəraitinə uyğun intensiv təlim və praktiki məşqlərin keçirilməsi barədə göstəriş verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə bildirilib. Nazir həmçinin hərbi hissələrin qarşısında duran döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olması barədə göstəriş verib.

Read More »

MN: Rusiya Müdafiə Nazirliyi Putinin imzaladığı bəyannaməyə hörmətsizlik nümayiş etdirir

“Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd …

Read More »

MN: Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərdə heç bir dəyişiklik olmayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam …

Read More »

Azərbaycan Ordusu təxribata cəhd göstərən qanunsuz erməni silahlılarını geri oturdub – RƏSMİ

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. …

Read More »

MN: “Azərbaycan Ordusu güc tətbiq etmədən mövqelərini dəqiqləşdirir”

“Ermənilərin informasiya təxribatı davam edir”. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır. “Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. …

Read More »

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak ediblər

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Paradda fəxri qonaq qismində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib. Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Read More »

Baş Qərargah rəisi rusiyalı generalla erməni silahlılarının Qarabağdan çıxarılmasını müzakirə edib

Martın 22-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Bəyanatının müddəalarının icrası məsələləri, eləcə də …

Read More »