Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyəyə səfər edən Azərbaycan qazilərindən ibarət nümayəndə heyətinin növbəti görüşləri İstanbul şəhərində davam edib. Boyukmillet.com xəbər verir ki, İstanbulda qazilərimiz Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu Komandanı general-polkovnik Kemal Yeni ilə görüşdülər. Ordu Komandan general-polkovnik Kemal Yeni Azərbaycan qazilərini Qarabağda qazanılan qələbə münasibətilə təbrik etdi və qzanılmış zəfərin Türk millətinin başını uca …
Read More »Zakir Həsənov: “Terrorla mübarizədə daim Türkiyə Silahlı Qüvvələrinin yanındayıq”
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Bu barədə “Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir.Başsağlığıda deyilir: “Şanlıurfanın Akçakale bölgəsində xaincəsinə edilmiş terror hücumu nəticəsində, şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.Sizin acınız bizim də acımızdır.Terrora qarşı aparılan …
Read More »Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub
Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, …
Read More »Naxçıvandakı təlimlərdə düşməndən qənimət götürülmüş zenit-artilleriya qurğularından istifadə olunub
Qırx dörd günlük Vətən müharibəsində döyüşlər zamanı Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən erməni hərbi birləşmələri hərbi texnika və silah-sursatları döyüş meydanında ataraq qaçıblar. Ordumuz tərəfindən döyüş meydanında düşməndən götürülən çoxlu sayda hərbi qənimətlər arasında yer alan 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları təmir edilərək silahlanmaya daxil edilib. Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən taktiki-xüsusi təlimlərdə hərbi qulluqçularımız həmin zenit-artilleriya …
Read More »DSX Akademiyasına qəbul elan edilib
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına qəbul elan edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaq. Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulan ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər. Qeyd edilib ki, …
Read More »Qazilərimiz Adanadadır
Qardaş Türkiyə Cümhüriyyətinə səfər edən Vətən müharibəsində yüksək orden və medallara layiq görülmüş qazilər, xüsusi təyinatlı hissələrin tərkibində döyüşlərdə iştirak etmiş ehtiyatda olan hərbçilərin növbəti səfəri Adana şəhərinədir. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti 5 yanvar Adananın düşmən işğalından qurtuluşunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edir. Bu saatlarda Adana şəhərində qurtuluşun 100 illiyi münasibəti ilə yürüş keçirilir. Yürüşdə ön …
Read More »Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb, 2 nəfər xəsarət alıb
Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb, 2 nəfər xəsarət alıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu gün saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur.
Read More »Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxslə bağlı məsələyə aydınlıq gətirilib
Fövqəladə Hallar Nazirliyi (FHN) özünü nazirliyin polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən şəxslə bağlı məsələyə aydınlıq gətirib. “Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxs bizim nazirlikdə çalışmır”, – o qeyd edib. Xatırladaq ki, Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktay sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, 2021-ci ilin avqust …
Read More »Şəhid və hərbçi ailələrinin uşaqları üçün bayram tədbiri keçirilib
Şəhid və hərbçi ailələrinin uşaqları üçün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Yeni il şənliyi keçirilib. Tədbirdə uşaqlarla birgə müxtəlif nağıl qəhrəmanları, Şaxta baba və qar qızı iştirak edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqları təbrik edən aparıcı onlara xoşbəxt və uğurlu həyat arzulayıb. Tədbirin bədii hissəsində nağıl qəhrəmanları uşaqlarla birlikdə rəqs edib, müxtəlif yarışlar …
Read More »DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs saxlanılıb
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularını qətlə yetirən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 2-də, saat 18 radələrində DSX-nin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar