Cümə axşamı , 8 May 2025

Hərbi

Nazir: “Azərbaycan yeni minaaxtaran robotlar alacaq”

“Azərbaycan azad olunan ərazilərdə təmizləmə işləri üçün yeni minaaxtaran robotlar alacaq”. Boyukmillet.com xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda minaaxtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir: “Ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Bu ərazilər tez bir zamanda təmizlənməlidir ki, quruculuq və abadlıq işləri də sürətləndirilsin. Hazırda minaaxtaran cihazlarla yanaşı, həmçinin …

Read More »

Kəmaləddin Heydərov: “FHN-nin yeni Minaaxtaran Alayı yaradılıb”

“Azad olunan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yeni Minaaxtaran Alayı yaradılıb”. Boyukmillet.com xəbər verir ki , bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, həmin ərazilərə ilk günlərdən nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. “Alayda 74 yeni minaaxtaran mütəxəssis yetişdirmişik, 120 ədəd minaaxtaran cihazlar xaricdən alınaraq həmin mütəxəssislərə təhvil verilib. Yeni yaradılmış alay Türkiyə mütəxəssisləri və …

Read More »

Hərbi Liseyə mediatur təşkil olunub

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin liseydəki abidəsi ziyarət edilib. Daha sonra isə Müdafiə Nazirliyinin rəsmisi, general-mayor Bəkir Orucov hərbi liseyin yaranma tarixi, inkişaf yolu və fəaliyyəti, təlim-tədris prosesi barədə jurnalistlərə ətraflı məlumat verib. O bildiriи ki, Cəmşid …

Read More »

Dünyada ilk dəfə Türkiyədə lazer silahlı pilotsuz uçuş aparatı sınaqdan keçirilib

Türkiyə istehsalı olan, lazerlə işləyən pilotsuz uçuş aparatı “Eren” dünyada ilk dəfə 500, 300 və 100 metr məsafələrə uğurla atəş açıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” xəbər verir. Qeyd olunur ki, pilotsuz təyyarə sınaqların bütün mərhələləri başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına veriləcək. TÜBİTAK və “Asisguard” müdafiə şirkətləri tərəfindən hazırlanan “Eren” pilotsuz uçuş aparatı lazer silahlarından istifadə …

Read More »

“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub

Hərbi Dəniz Qüvvələrinin “Dəniz təməl komando kursu”nun növbəti heyətinin buraxılış mərasimi keçirilib. HDQ-nin hərbi hissəsində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, Azərbaycan Ordusunun tərkib …

Read More »

Azərbaycan Ordusunun əsgəri həlak olub

Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Həsənov Nurlan Eldar oğlu dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır. Allah rəhmət etsin!

Read More »

Kəlbəcər istiqamətində Ermənistanın növbəti təxribatı dayandırılıb

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. Nu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli …

Read More »

DSX-nin baş çavuşu vəfat edib

Dekabrın 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürəktutmasından halı pisləşib. Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Onun dərhal Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılması üzrə zəruri tədbirlərin görülməsinə baxmayaraq …

Read More »