Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ASELSAN Azərbaycandakı hədəflərini açıqlayıb

Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün Azərbaycandakı hədəflərini açıqlayıb.

Boyukmillet.com-un xəbərinə görə, o, rəsmi qəzetə müsahibəsində kritik mülki texnologiyalar və hərbi tex­nologiyaların iç-içə olduğu dövrdə qabaqcıl texnologiya həlləri təklif edən müdafiə sənayesi şirkətlərinin mülki sahələrdə də fəaliyyət göstərməsinin günün zərurəti olduğunu bildirib.

“Bu istiqamətdə ASELSAN olaraq Türkiyədə olduğu kimi, Azərbaycanda da fəaliyyətimizi müvafiq qurumların həll ortağı məntiqi ilə həyata keçiririk. Biz Azərbaycanda ağıllı şəhərlər, siqnalizasiya və avtomatlaşdırma kimi strateji əhəmiyyətli mülki layihələrlə fəaliyyət göstərməyi hədəfləyirik”, – o vurğulayıb.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …