Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib. Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə …
Read More »DSX rəisi helikopter qəzasında yaralanan sərhədçilərə baş çəkib
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəticəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilova baş çəkib. Bu barədə DSX-dən məlumat verilib. E.Quliyev hərbi qulluqçularla söhbət edib, səhhətlərinin vəziyyətilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıb. Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunub, onların sağlamlıqlarının bərpa …
Read More »Azərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olub
Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Read More »DSX rəisi helikopter qəzasında həlak olan hərbçilərin məzarlarını ziyarət edib
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçular – polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, hər iki hərbi qulluqçu …
Read More »“Qaraheybət” şəhidləri dəfn olunub
Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanlar dəfn olunub. Onların cənazələri II Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanların II Şəhidlər xiyabanında dəfn mərasimi keçirilir. Boyukmillet.com xəbər …
Read More »Azərbaycan “Qaraheybət” şəhidləri ilə vidalaşır – FOTOREPORTAJ
Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olanlarla vida mərasimi keçirilir. Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak …
Read More »DSX rəisinin müavini: “Bu şəhidlər Vətən müharibəsində də qəhrəmanlıq göstəriblər”
“Şəhidlərimizin əziz xatirəsi onları tanıyanların qəlbindən silinməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu DSX rəisinin müavini, general-leytenat İlham Mehdiyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün vida mərasimi keçirilən şəhidlərimiz Vətən müharibəsində də qəhrəmanlıq göstəriblər: “Onlar …
Read More »Baş prokuror: “Bəzi şəxslər helikopter qəzasından siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərir”
“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizin ailələrinə, yaxınlarına öz adımdan və Baş Prokurorluğun kollektivi adından başsağlığı verirəm, xəsarət alanlara şəfa diləyirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu faktla …
Read More »Helikopterin qəzaya uğraması nəticəsində həlak olanların nəşinin müayinəsi başa çatıb
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olanların nəşinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinəsi başa çatıb. Boyukmillet.com xəbər verir ki, cənazələr morqdan qaldırılıb. Cənazələr vida mərasimin keçirilməsi üçün DSX-nin “Sərhədçi” İdman Kompleksinə aparılır. Mərasim bir qədər sonra başlayacaq. Daha sonra cənazələr dəfn olunmaq üçün hərbi qulluqçuların ailələrinə təhvil …
Read More »Bu gün helikopter qəzasında həlak olanlarla vida mərasimi keçiriləcək
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olanlarla bu gün vida mərasimi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, mərasim bir qədər sonra DSX-nin “Sərhədçi” İdman Kompleksində başlayacaq. Həlak olan şəxslərin nəşi hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunur. Sonra cənazələr vida mərasiminin keçirilməsi üçün “Sərhədçi” İdman Kompleksinə aparılacaq. Daha …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
