Bazar ertəsi , 26 Oktyabr 2026

Hərbi

Şəhid ailəsi üzvlərinə vergi güzəşti iki dəfə artırılır

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq. Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklə isə Vətən müharibəsində şəhid …

Read More »

Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli …

Read More »

Azərbaycan və Türkiyə ordularının döyüş qabiliyyətinin artırılması üçün birgə layihələr həyata keçirilir

Noyabrın 23-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ASELSAN şirkətinin idarə heyətinin sədri və baş direktoru cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqları salamlayan Müdafiə naziri ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində müsbət addımlar atıldığını, hər iki ölkə başçılarının dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan-Türkiyə əlaqələrinin bütün istiqamətlərdə genişlənməsində mühüm əhəmiyyətə …

Read More »

MN: “Azərbaycan Ordusunun atəş açması və erməni hərbçini yaralaması yalandır”

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır. Boyukmillet.com xəbər verir ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir”, – açıqlamada qeyd olunub.

Read More »

Vətən Müharibəsi Qəhrəmanları ilə görüş keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında və Xüsusi Məktəbində Vətən Müharibəsi Qəhrəmanları ilə görüş təşkil edilib. DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzülüb. Dövlət Himninin səsləndirilməsindən sonra ölkəmizin bötüvlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Vüsal Sultanov çıxış edərək özünün …

Read More »

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə anım mərasimləri keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Vətən müharibəsi şəhidləri Nahid Mikayılov, Elmaz Hacıyev, Sadiq Azayevin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli …

Read More »

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

Noyabrın 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Əvvəlcə Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin …

Read More »

Üçüncü Qarabağ savaşı iddiası – növbəti səfərbərlik olacaqmı…

Son günlərdə Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarının sayını artırması, Şuşada erməni terrorçusunun üç azərbaycanlı hərbçisinin üzərinə qumbara atması, son olaraq da cəbhə bölgəsindəki savaş nəticəsində 7 hərbçimizin şəhid olması üçüncü Qarabağ savaşının qaçılmaz olması iddialarına səbəb olub. Doğrudur, son hadisələr səngiyib, atəşkəs əldə olunub, amma buna baxmayaraq, müharibənin hər an başlaya biləcəyini düşünənlər çoxluq təşkil edirlər.  Belə bir ərəfədə səfərbərlik ola …

Read More »

Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini yenidən atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Cavab atəşi ilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Read More »