Cümə axşamı , 11 Dekabr 2025

Hərbi

Azərbaycan MN: “Ermənistanın müdafiə nazirinin Qarabağa icazəsiz səfəri hərbi-siyasi təxribatdır”

Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi barədə məlumat verilib. Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olması, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır. Ermənistanın müdafiə nazirinin …

Read More »

Türkiyənin müdafiə naziri Ermənistan rəhbərliyinə çağırış edib

“Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın uzatdıqları sülh əlini Ermənistanın fürsət olaraq dəyərləndirməsini və bu imkandan istifadə etməsini istəyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin əmri və komandanlığı …

Read More »

Hulusi Akar: “Azərbaycanla qardaşlığımız əbədi davam etdiriləcək”

“Hər iki ölkənin ortaq tarixi var və qardaşlığımız əbədi davam etdiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Heydər Əliyev Mərkəzində keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib. O, Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb. Milli müdafiə naziri ölkələrimiz …

Read More »

Zakir Həsənov: “Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlər bundan sonra da davam etdiriləcək”

“Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkür edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Heydər Əliyev Mərkəzində keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib. Nazir Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırıb. Z.Həsənov Türkiyə Silahlı Qüvvələri ilə …

Read More »

Zəfər Günü Londonda təntənəli şəkildə atəşfəşanlıqla qeyd edilib

8 Noyabr – Zəfər Günü münasibətilə Londondakı Fəxri Artilleriya Muzeyində ziyafət təşkil edilib. 100 nəfərdən çox qonağın qatıldığı tədbir Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Britaniyadakı hərbi attaşelik aparatının təşkilatçılığı və Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilib. Tədbirdə Britaniya Parlamentinin üzvləri, Londonda akkreditə olunmuş bir çox səfirliklərin nümayəndələri, o cümlədən Azərbaycana dost dövlətlərin səfirləri, çoxsaylı ölkələrin hərbi attaşeləri, media nümayəndələri, Britaniyadakı Azərbaycan …

Read More »

Zəfər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Zəfər Günü ilə əlaqədar Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir. Şəxsi heyət tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları …

Read More »

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

“Tək Vətən Hərəkatı” ilə işğal edilmiş torpaqlarını azad edən və türkün gücünü bütün dünyaya göstərən Azərbaycan türkü qardaşlarımızı 8 Noyabr-Zəfər Günü münasibətilə təbrik edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter hesabında edilən paylaşımda bildirilib. “Türkiyə və Azərbaycan tək millət, iki dövlət olaraq bir və bəranar olmağa davam edəcək”, – təbrik mətnində vurğulanıb.

Read More »

Zakir Həsənov əsaslı təmir olunan hərbi hissənin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə azad edilən ərazilərdə yeni hərbi şəhərciklərin açılışı davam etdirilir. Boyukmillet.com xəbər verir ki, əsaslı təmir olunan hərbi hissənin açılışında iştirak edən Müdafiə nazirinə məruzə edilib ki, şəhərcik hərbi qulluqçuların bütün zəruri ehtiyaclarının tam təmin edilməsi üçün müasir avadanlıq, …

Read More »

Hərbi həkimlərin iştirakı ilə Türkiyədə Zəfər Günü qeyd olunub

Azərbaycanın Türkiyədəki səfirliyi, Ankara şəhərində Azərbaycan Həkimlər Dərnəyi, eləcə də Gülhanə Tədris və Araşdırma Xəstəxanasının təşkilatçılığı ilə “Qarabağ Zəfəri – Həkim gözüylə qardaşlığın dastanı” adlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Gülhanə Halil Akçiçek konfrans zalında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri və qardaş ölkədə təhsil alan tələbələr də iştirak ediblər. Keçirilən tədbirdə Vətən müharibəsinin ilk …

Read More »

Müharibənin bitməsinə üç saat qalmış şəhid olan əsgər

“Noyabrın 8-i oğlum şəhid olub, həmin gün gecə narahat idim, bir anlıq Turalımı yuxumda yaralı, başını dizimin üstünə qoyduğunu, sonra durub getdiyini gördüm. Elə həmin vaxt oğlum şəhidlik zirvəsinə ucalıb. Mən də burada hiss etmişəm”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Şuşa uğrunda gedən döyüşlərdə müharibənin bitməsinə üç saat qalmış şəhidlik zirvəsinə ucalan Tural Məmmədovun anası Könül Həsənova deyib. Son dəfə noyabrın …

Read More »