Çərşənbə axşamı , 9 Dekabr 2025

Hərbi

Daxili Qoşunların komandanı qış mövsümünə hazırlıqla əlaqədar tapşırıqlar verib

Daxili Qoşunların (DQ) Baş İdarəsində Hərbi Şuranın DQ-ın qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyətinə həsr olunan növbəti iclası keçirilib. Bu barədə “Report”a DQ-nin Mətbuat Xidmətindən məlumat verilib. İclası giriş sözü ilə açan Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illərdə …

Read More »

Azərbaycanın Quru Qoşunları komandanı Türkiyənin ordu generalı ilə görüşüb

Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev oktyabrın 14-də “Avrasiya sülhü – 2021” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avsever ilə görüşüb. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, iki qardaş ölkənin birgə təlimlərinin …

Read More »

Müdafiə Nazirliyi hospitalın əməkdaşı iddia edilən şəxslə bağlı məlumatlara aydınlıq gətirib

“Bəzi kütləvi informasiya vasitələrində guya Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında çalışan Əliyeva Hürnisə adlı şəxsin Vətən müharibəsində sağlamlığını itirən hərbi qulluqçulardan Forma-11 adlı sənədin təqdim edilməsi müqabilində müxtəlif məbləğdə pul tələb edilməsi barədə yalan məlumat yayılıb”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məlumatda göstərilən ad və soyadda hərbi qulluqçu Baş Kliniki Hospitalında xidmət etmir: …

Read More »

Azərbaycanın Quru Qoşunlarının komandanı Türkiyəyə gedib

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. General Ə.Əfəndiyev İstanbulda keçirilən “Avrasiya sülhü – 2021” təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.

Read More »

Azərbaycanla NATO arasında tərəfdaşlıq məsələləri müzakirə edilib

Oktyabrın 12-də Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Baş Qərargah rəisi qonağı salamladıqdan sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra Azərbaycan Ordusunda döyüş …

Read More »

Azərbaycanda təlimdə iştirak edən Türkiyə hərbçilərinin yola salınması mərasimi keçirilib

“Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat taktiki təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin yola salınması mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə çıxış edənlər “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təlimində iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, …

Read More »

Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin təlimini izləyib, tapşırıqlar verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təliminin gedişatı ilə tanış olub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib. Sonra HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov təlim barədə brifinq təqdim edib. Məruzə olunub ki, komanda qərargah …

Read More »

DSX İranın Sərhəd Qoşunlarının komandanına cavab verib: “Yalan danışır”

“Son günlərdə İran İslam Respublikasının (İİR) kütləvi informasiya vasitə­lərində dərc edilən müsahibəsində bu ölkənin Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilib. Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Azərbaycan Respub­likasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmamışdır, hazırda da yoxdur və bundan sonra da olmayacaq”. Bu barədə Dövlət Sərhəd Xidmətinin …

Read More »

Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək

Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq. Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

Read More »

Füzuli və Xocavəndə media-tur təşkil edilib

Müdafiə Nazirliyi tərəfindən Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Füzuli şəhərinə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil edilib. Boyukmillet.com  xəbər verir ki, media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən, həmçinin Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar. Hərbi qulluqçular Hadrut və Füzuli istiqamətində aparılan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.

Read More »