Çərşənbə axşamı , 9 Dekabr 2025

Hərbi

Müdafiə Nazirliyi: “Gərginliyin yaradılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür”

İyulun 16-sı saat 10.00 və 13.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. …

Read More »

Əfqanıstanlı hərbçilər Azərbaycanın xüsusi təyinatlı hərbi təhsil müəssisələrində təhsil alır

İyulun 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun ilə görüşüb. Müdafiə Nazirliyindən  bildirilib ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görəcəyi işlərdə ona uğurlar arzulayıb. Müdafiə naziri Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində ölkə rəhbərlərinin rolunu …

Read More »

DSX: Axtarışda olan 278 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfin­dən döv­lət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qa­nunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əmə­liyyat-axtarış fəaliyyətləri davam etdirilir. Boyukmillet.com xəbər verir ki, cari ilin iyun və iyul ayları ərzində Dövlət Sərhəd Xidməti tərəfindən ümumilikdə 239 kiloqram 158 qram narkotik vasitə, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatları qanunsuz dövriyyədən çıxarılıb. Bununla yanaşıDövlət Sərhəd Xidmətinin və Daxili …

Read More »

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub, cavab atəşi açılıb

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu baradə Müdafiə Nazirliyindən məlumat verilib. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Read More »

Ermənilərin Naxçıvanı atəşə tutması nəticəsində mayorumuz yaralandı

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı olaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və ətraf ərazilərini müxtəlif çaplı silahlardan atəşə tutduqdan sonra mövqelərin qarşısında və ətraf ərazilərdə yanğınlar baş verib. Boyukmillet.com xəbər verir ki, yanğın ocaqlarının söndürülməsinə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Sədərək rayon yanğınsöndürənlərinə qarşı saat 13.00 radələrində …

Read More »

Vətən müharibəsi şəhidlərinin yeni siyahısı

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyulun 14-dək dəfn edilən 2907 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 7 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi …

Read More »

Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 7 nəfərdir

Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb. Boyukmillet.com xəbər verir ki, iyulun 14-dək itkin düşmüş hesab olunan 7 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. Qeyd olunub ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Read More »

Naxçıvana atəş açan erməni əsgəri öldürüldü – Ermənistan MN

Xəbər verdiyimiz kimi bu gün saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, …

Read More »

Ermənistan silahlıları Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub, hərbçimiz yaralanıb

İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki,nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət …

Read More »

Bu gün Polad Həşimov və döyüş yoldaşlarının şəhadətindən bir il ötür – VİDEO

Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, mayor Əhmədov Namiqin, mayor Novruzov Anarın, gizir Zeynallı İlqarın, gizir Babayev Yaşarın və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçinin şəhid olmasının birinci ildönümüdür. Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri 2020-ci ilin iyulun 14-də Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olublar. Boyukmillet.com Şəmistan Əlizamanlının general-mayor Polad Həşimova həsr etdiyi “PAŞAM, HEY!” mahnısını …

Read More »