Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, mayor Əhmədov Namiqin, mayor Novruzov Anarın, gizir Zeynallı İlqarın, gizir Babayev Yaşarın və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçinin şəhid olmasının birinci ildönümüdür. Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri 2020-ci ilin iyulun 14-də Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olublar. Boyukmillet.com Şəmistan Əlizamanlının general-mayor Polad Həşimova həsr etdiyi “PAŞAM, HEY!” mahnısını …
Read More »Polad Həşimov və İlqar Mirzəyevin məzarları ziyarət olunub
Tovzu şəhidləri – general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarları ziyarət olunub. Boyukmillet.com xəbər verir ki, ziyarət mərasimində şəhidlərin ailə üzvləri, şəhidlərin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərin məzarı üstünə güllər düzülüb, dualar oxunub.
Read More »Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Read More »Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından bir il ötür
Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının birinci ildönümüdür. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hər iki hərbçisi 2020-ci ilin iyulun 14-də Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olublar. Qeyd edək ki, Polad İsrayıl oğlu Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. O, 1976-cı ilin iyul ayında 6 …
Read More »Hərbi qulluqçular üçün beynəlxalq humanitar hüquq mövzusunda seminarlar keçirilib
2021-ci ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə hərbi qulluqçular üçün beynəlxalq humanitar hüquq mövzusunda seminarlar keçirilib. Boyukmillet.com xəbər verir ki , seminarlar zamanı BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları şəxsi heyət qarşısında müxtəlif mövzularda çıxış edib və onları maraqlandıran sualları cavablandırıblar.
Read More »Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib
İyulun 12-də Müdafiə Nazirliyinin rəhbərliyi Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub. Sonra 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərimizin, eləcə də burada …
Read More »Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim toplanışı keçirilib
Müdafiə nazirinin 2021-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışı keçirilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev …
Read More »Nazir müavini: “Azərbaycan Ordusunda kadr islahatları ilə bağlı yeni layihələr hazırlanır”
“Ölkə başçısının Azərbaycan Ordusunda struktur islahatlarının aparılması və onun say tərkibinin artırılması istiqamətində tapşırıqlarına əsasən kadr orqanlarının üzərinə mühüm vəzifələr düşür”. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə nazirinin 2021-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışında çıxışı zamanı nazir müavini general-leytenant Kərim Vəliyev deyib. O, kadr islahatlarının …
Read More »Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xalqımızın ədalət savaşı tarixi zəfərlə başa çatdıqdan sonra dövlət başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən “Report”a bildirilib ki, iyul ayının 8-də Qubadlı və Laçın rayonları ərazisində DSX-nin 2 yeni hərbi hissəsi xidməti …
Read More »Biləsuvarda “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adları təqdim edilib
Biləsuvar rayonunda “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarının təqdimetmə mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları və şəhid ailə üzvləri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
