Cümə axşamı , 11 Dekabr 2025

Hərbi

Biləsuvarda “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adları təqdim edilib

Biləsuvar rayonunda “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarının təqdimetmə mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları və şəhid ailə üzvləri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra …

Read More »

Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təlimləri keçiriləcək

Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, təlimlər 4-8 oktyabr tarixlərində keçiriləcək. Bildirilib ki, bu gün “Eternity-2021” təlimlərinin ilk planlaşdırma iclası baş tutub.

Read More »

Ermənistan silahlıları Tovuz istiqamətində mövqelərimizi atəşə tutub

İyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır

Read More »

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan abidə lövhəsi açılıb

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin N saylı hərbi hissəsində Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsində həlak olan hərbi qulluqçularının xatirəsinə həsr olunan abidə lövhəsinin açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbi qulluq­çu­la­rın xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış qranit abidə lövhə­sin­də Vətən Müharibəsində şəhid olmuş qəhrəman sərhədçilərin fotoşəkil­ləri və adları həkk olunub, Azərbaycan Respublikasının dövlət …

Read More »

Azərbaycan sərhədçilərinə orden və medallar təqdim edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına təltif olunduqları orden və medallar verilib. Boyukmillet.com xəbər verir ki, orden və medallar DSX-nin Vətən müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimində təqdim edilib. Belə ki, Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Suqovuşanın, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş …

Read More »

“Bayraqdar” PUA-ları Qarabağda ermənilərin 90 tank və 400-dən çox hədəfini məhv edib

“Türkiyənin “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) hazırda kiçik, çoxyönümlü, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə aşkar etdiyinin və qarşıdurmaların nəticələrini necə qətiyyətlə formalaşdırdığının ən yaxşı nümunəsidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın “Drone Vars” nəşrində dərc olunan məqalədə qeyd olunub. Yazıda vurğulanıb ki, İkinci Qarabağ müharibəsində istifadədən sonra “Bayraqdar-TB2” və digər PUA-ların özlərini döyüşdə …

Read More »

Ağdam istiqamətində bölmələrimiz atəşə tutuldu – yaralanan var

İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və …

Read More »

Ehtiyata buraxılan hərbçilərin yola salınması mərasimi keçirilib – VİDEO

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Azərbaycan Ordusunda həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi hissələrdən birində ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması münasibətilə “Əsgər, xidmətinə görə sağol!” adlı …

Read More »

MN: 160 min medaldan 13,3 mini təqdim olunub

2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyun ayında elan olunmuş sərəncamlarla verilmiş medallar artıq hazırlanır və onların aidiyyəti üzrə təqdim olunması prosesinə başlanılıb. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu günədək Azərbaycan Ordusu üzrə 160 000 medaldan yalnız 13 300 medal aidiyyəti üzrə təqdim olunub. “Təltif olunanların sayının çox olması səbəbindən medalların hazırlanma prosesi müəyyən vaxt aparacaq”, …

Read More »

Müdafiə Nazirliyində şəhid valideynləri və bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib

İyulun 6-sı Müdafiə Nazirliyinə gəlmiş şəhid valideynləri və bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib. Bildirilib ki, görüşdə müvafiq sərəncamlarla təltif olunların medalların təqdim olunmaması məsələsi sorğu edilib. Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, onların hər biri Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə bir neçə medalla təltif olunub. 2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyun ayında elan olunmuş sərəncamlarla verilmiş …

Read More »