Bəzən bir insanın ömrü bir atəş kimi yanıb keçir və tez sönür, amma istisi, işığı illərlə qalır. Bəzən də bir ömür bir ağac kimi ucalır, kökləri torpağa, budaqları isə göylərə bağlı. Seymur Sərxoşovun ömrü həm o atəşin alovu, həm o ağacın kökü idi: yandı, işıq saçdı, kök atdı və əbədi oldu… O, 1987-ci ilin yanvar günündə Qızıldaş torpağına bir körpə …
Read More »Sülhməramlılarımızın Qəzzaya yolu açıldı – Bakının qərarı
BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra sülhyaratma missiyasının tərkibi yenidən gündəmə gəlib – Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi türk və müsəlman ölkələrinin iştirakı da mümkündür BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planına dair qətnamə layihəsini səsverməyə çıxarıb. Artıq qətnamə qəbul olunub. Bu münasibətlə Ağ Ev sahibi dünyanı təbrik edib. ABŞ prezidenti bu hadisənin BMT tarixində …
Read More »Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu münasibətlə keçirilən buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, kurs müddətində qazanılan bilik və …
Read More »Partlayış səsləri gəlsə, qorxmayın! – Nazirlik xəbərdarlıq etdi
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarının məhv ediləcəyini açıqlayıb. 27-31 oktyabr tarixlərində istismar müddəti bitmiş və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına uyğun olaraq Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonundakı təlim mərkəzində məhv ediləcək. Müdafiə Nazirliyi partlayış səslərinin əhali arasında təşviş yaratmaması üçün xəbərdarlıq edib və narahatlığa heç bir əsas olmadığını bildirib.
Read More »Daha bir şəhidimizin nəşi tapıldı – FOTO
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun nəşi tapılıb. Şəhid Mübariz Şahmurov sabah Keşlədə yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Qeyd edək ki, şəhid Mübariz Şahmurov Sabirabadın Nərimankənd kəndində anadan olub. Onun vaxtilə oxuduğu kənd məktəbi də şəhidimizin adını daşıyır. Xatırladaq ki, M.Şahmurov Milli Qəhrəman Aqil Quliyevin dəstəsində döyüşüb. Mübariz Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında …
Read More »Bakıda hərbi parad keçiriləcək
Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.
Read More »General Rasim Əliyev vəfat etdi
Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general bu gün səhər qəfil dünyasını dəyişib. Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra təqaüdə göndərilib.
Read More »Daxili qoşunların fəaliyyət prinsipləri müəyyənləşdiriləcək
Daxili qoşunların fəaliyyətinin əsas prinsipləri müəyyənləşdiriləcək. Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Qanun layihəsini Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib. Layihəyə əsasən, daxili qoşunların fəaliyyətinin əsas prinsipləri aşağıdakılar olacaq: – qanunun aliliyi, humanizm, qanun qarşısında bərabərlik, insan və onun konstitusion hüquq …
Read More »Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Oktyabrın 6-10 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.
Read More »Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev belaruslu həmkarı general-mayor Pavel Muraveyko ilə görüşüb. Bu barədə Boyukmillet.com Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. “Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin intensivləşdirilməsi yolları müəyyənləşdirilib”, – məlumatda bildirilib. Qeyd edək ki, K.Vəliyev hazırda Belarusda səfərdədir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar