Bazar , 19 May 2024

Hərbi

Ordumuz antiterror əməliyyatına başladı – Təcili

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə …

Read More »

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Read More »

Azərbaycan Ordusunun komandanlıq heyətinin iştirakı ilə konfrans keçirilir

Sentyabrın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müdafiə nazirinin müavinləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də ideoloji iş və mənəvi-psixoloji təminat və hüquq ixtisası üzrə zabitlərin iştirakı ilə “Hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi“ mövzusunda konfrans işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, konfransda cari il ərzində görülən işlər, hərbi hissə komandirlərinin şəxsi heyətin …

Read More »

“Azərsilah” QSC-nin yaradılması Ordumuzun müasir silahlarla təchizatı baxımından önəmlidir – ŞƏRH

Azərbaycan dövləti ordu quruculuğu ilə yanaşı, onun öz silahlarımızla təmin edilməsi məsələsinə də xüsusi diqqətlə yanaşır. Bu baxımdan 18 il əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması tarixi hadisə idi. Qırx dörd günlük Vətən müharibəsində Ordumuz öz silahlarımızdan da yararlandı. Bu gün həm Azərbaycan Ordusu, həm də Daxili İşlər Nazirliyi Müdafiə Sənayesi Nazirliyinin silahlarından istifadə edir. Prezident İlham Əliyevin Müdafiə Sənayesi …

Read More »

Müdafiə naziri: “Ermənistanın və qanunsuz erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayı artıb”

“Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayı artıb”. Boyukmilldet.com xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edərkən deyib. Müdafiə Nazirliyində …

Read More »

Azərbaycanın müdafiə naziri İran Silahlı Qüvvələrinin nümayəndələrini qəbul edib

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib. Əvvəlcə iranlı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik …

Read More »

DTX: “Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır”

Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, son günlər “Telegram” kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların …

Read More »

Ermənilər Kəlbəcəri atəşə tutub, Azərbaycan Ordusu cavab tədbirləri görüb

Sentyabrın 4-ü saat 07:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Read More »

Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulub

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Read More »