Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu barədə Dövlət Sərhəd Xidmətdən məlumat verilib. Bildirilib ki, mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Qoşun-əməliyyat …
Read More »Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb
Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınıb. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və …
Read More »Qar uçqununa düşmüş hərbi qulluqçunun nəşi ailəsinə təhvil verilib
Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusunun cənazəsi ailəsinə təhvil verilib. Bu barədə “Report”un Qarabağ bürosu xəbər verir. Məlumata görə, hərbçi Ruslan Həmidovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib. O, Bərdə şəhər şəhidlər xiyabanında dəfn ediləcək. Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş iki hərbçinin nəşi tapılmışdı.
Read More »Gədəbəydə qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb
Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyini və Fövqəladə Hallar Nazirliyinin yaydığı birgə məlumatda bildirilib. Qeyd olunub ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib. Qeyd edək ki, qar uçqununa düşən …
Read More »Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Read More »Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 19-u saat 19:00-dan 19:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Read More »“Xalq hər zaman ordusunun yanındadır” – Emin Həsənli
Novruz bayramı ilə əlaqədar ehtiyatda olan hərbçilər Silahlı Qüvvələrin veteranları Azərbaycan Bayrağı ordeni, ehtiyatda olan polkovnik Xətai Baxışov və ehtiyyatda olan polkovnik Hikmət Ağayev, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri. Emin Həsənli və Birliyin Türkiyə təmsilçisi Tacəddin Hüseynquluzadə Azərbaycan- Ermənistan sərhədində dislokasiya olunmuş hərbi hissələrdə olub. Boyukmillet.com xəbər verir ki, səfərə Laçından başlayan veteranlar və ictimaiyyət nümayəndələri əsgərlərlə görüşüb, söhbət …
Read More »Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini bir neçə dəfə atəşə tutub
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bildirib Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən atıcı silahlardan atəş açıblar.Elə həmin gün, martın 16-sı saat 18:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə …
Read More »Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirlyindən bildirilib. Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.
Read More »Həqiqi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb
Müddətli hərbi xidmətinin orta təhsillər üçün 18 aydan 12 aya, ali təhsillilər üçün 12 aydan 6 aya endirilməsi ilə bağlı təklifinin qəbul edilməsi məqsədəmüvafiq hesab edilməyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, həqiqi xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar