Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 11-də Azərbaycanda səfərdə olan Türkiyənin hərbiyönümlü qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri Erdoğan Karakuş, Hamza Dürgen, Mustafa Işık və Beyazıt Yumuk ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nazir Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq, qardaşlıq münasibətləri üzərində qurulduğunu və bundan sonra da uğurla inkişaf edərək güclənəcəyini vurğulayıb. Z.Həsənov qonaqlara Ali Baş …
Read More »Qarabağdakı qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Noyabrın 11-i saat 00:30-dan saat 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 11-i saat 01:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan …
Read More »NATO Bakıda Azərbaycan hərbçilərinə təlim keçir
NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən Hərbi İdarəetmə İnstitutunda “NATO-da operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin ilk günündə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçularımıza mobil təlim qrupunun nümayəndələri tərəfindən “NATO və hərbi əməkdaşlıq”, “NATO-da əməliyyatların planlama prosesi”, “NATO-da əməliyyatların qiymətləndirilməsi”, “NATO-da əməliyyatların analiz sistemləri” və digər …
Read More »MN: “Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”
“Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb”, – məlumatda qeyd edilib.
Read More »Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından vəfat edib
“Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır: “Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!”
Read More »Türkiyədə iki ilə yaxındır müalicə alan qazi Vətənə qayıdıb
Vətən müharibəsindən sonra müalicə üçün Türkiyəyə göndərilən qazi Elşən Xanəliyev Vətənə qayıdıb. Boyukmillet.com xəbər verir ki, İkinci Qarabağ döyüşlərinin iştirakçısının qardaş ölkədəki müalicəsi başa çatıb və o, doğulduğu Cəlilabad rayonuna dönüb. Qazimizin rayon Şəhidlər xiyabanının önündə qarşılanma mərasimi keçirilib. Mərasimdə E.Xanəliyevin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, E.Xanəliyev Vətən müharibəsi zamanı …
Read More »Qarabağdakı qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Noyabrın 8-i saat 18:40-dan noyabrın 9-u saat 02:20-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Yuxarı Zağalı və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı,Yellicə, Zəylik, Zağalı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, Rusiya sülhməramlılarının …
Read More »Şuşada Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib
Şuşada 8 Noyabr – Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib. Boyukmillet.com xəbər verir ki, şəxsi heyət hərbi orkestrlərin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib. Qeyd edək ki, bu gün Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç marşrut üzrə hərbçilərin Zəfər yürüşü keçirilib. Yürüşlər aşağıdakı marşrutlar üzrə başa tutub. – Heydər …
Read More »Cəbrayılda DSX-nin hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri istifadəyə verilib
Noyabr ayının 7-də Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri xidməti istifadəyə verilib. Bununla əlaqədar təşkil olunan mərasimdə çıxış edən Xidmət rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni inşa edilən hərbi hissə komplekslərinin fəaliyyətə başlaması münasibətilə şəxsi heyəti təbrik edib. Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan …
Read More »İlham Əliyev Füzulidə yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub
Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
