Bazar ertəsi , 26 Oktyabr 2026

Hərbi

Vətən müharibəsi dövründə ermənilərin dağıtmaq istədiyi mühüm obyektlərin adları açıqlanıb – SİYAHI

Vətən müharibəsi dövründə qanunsuz silahlı erməni birləşmələri tərəfindən partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərin adları açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, bunu Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib. O bildirib ki, Vətən müharibəsi zamanında qanunsuz silahlı erməni birləşmələri tərəfindən edilən təcavüzkar hücumlar yalnız mülki şəxslərin yaşadıqları məntəqələrə deyil, partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərə …

Read More »

Azərbaycan MN: “Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir”

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Read More »

MN: “Azərbaycan Ordusunun erməni mövqelərinə atəş açması məlumatı tamamilə yalandır”

“Oktyabrın 16-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.

Read More »

Kəlbəcər, Laçın və Tovuz istiqamətində ordumuzun mövqeləri atəşə tutulub

Kəlbəcər, Laçın və Tovuz istiqamətində ordumuzun mövqeləri atəşə tutulub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Oktyabrın 15-i saat 15:20-dən 18.00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd və Yuxarı Şorca, Gorus rayonunun Qaraşen, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun …

Read More »

Azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələri 27 960 hektardan çox ərazini minalardan təmizləyib

İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 27960 hektardan çox ərazi minalardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan …

Read More »

Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərini atəşə tutub

Oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Oktyabrın 13-ü saat 15:15-dən saat 15:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutub

Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri …

Read More »

Bakıda MDB-nin Qərargah Rəisləri Komitəsinin iclası keçirilir

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası bu gün Bakıda öz işinə başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. İclasda MDB ölkələrində hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, yekun protokolların imzalanması və növbəti il üçün birgə iş planının hazırlanması, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsinin aparılması nəzərdə …

Read More »