Baş Dövlət Yol Polisi İdarəsi “2022 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, idarədən daxil olan müraciətdə deyilir: “Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək “2022 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, …
Read More »Bakının mərkəzində yaradılan qanunsuz parkinq sökülür
Bakının mərkəzində yaradılan qanunsuz parkinq sökülür. Boyukmillet.com xəbər verir ki, artıq paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanına müvafiq qurum tərəfindən texnika və canlı qüvvə cəlb olunub. Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin …
Read More »Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs cərimələnib
Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Boyukmillet.com xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ərazidəki qəzalı vəziyyətdə olan ağacın götürülməsi ilə bağlı Nəsimi rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub. O qeyd edib ki, Agentlik həmin ərazidə qəzalı vəziyyətdə olan 1 safora ağacının götürülərək …
Read More »DİN-də “Formula 1” ilə bağlı əməliyyat müşavirəsi keçirilib
İyunun 7-də Daxili İşlər Nazirliyində Bakı şəhərində baş tutacaq “2022 Formula 1 Azərbaycan Qran Prisi”nin keçiriləcəyi müddətdə ictimai asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında naziryanı əməliyyat müşavirəsi keçirilib. Müşavirəni giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin …
Read More »Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb – SİYAHI – YENİLƏNİB
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir: Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıqZiya …
Read More »Altı rayon prokuroru Gədəbəydə konfransda iştirak edəcək
Altı rayon prokuroru Gədəbəydə konfransda iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, iyunun 10-da Baş Prokurorluğun təşkilatçılığı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax Şəmkir və Tovuz rayon prokurorlarının, digər dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı konfransın təşkil edilməsi nəzərdə tutulub. …
Read More »DİN polisin dini təhqir etməsi iddialarına münasibət bildirib
“Sosial şəbəkədə bəzi istifadəçiləri iddia edirlər ki, guya Azərbaycan polisi dinimizi təhqir edib”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, qeyd olunan iddialar polisi qanunla müəyyən olunmuş fəaliyyətindən və xidməti vəzifəsindən çəkindirmək üçün atılan uğursuz cəhddən başqa bir şey deyil: “Polis əməkdaşları əvvəllər də oxşar şər-böhtan kampaniyalarına tuş gəliblər. …
Read More »“MTN işi”: “Mövlam Şıxəliyev bildirdi ki, hamısı Eldar Mahmudova məruzə olunub”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Bahəddin Sultanovun oğlu İntiqam Sultanov şahid qismində ifadə verib. Şahid bildirib ki, 2009-cu ilin …
Read More »Baş Prokurorluq həkimin anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib
Baş Prokurorluq həkim terapevt Aysel Əskərovanın anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır: “Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin …
Read More »Vilyam Hacıyevin məhkəməsində ekspertiza rəyləri elan olunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyləri elan olunub. Təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov vəsatət qaldıraraq bildirib ki, maliyyə sənədləri yoxlanılmalıdır. Məhkəmənin növbəti iclası iyunun 10-na təyin edilib. Qeyd edək ki, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
