Çərşənbə axşamı , 21 May 2024

hadisə

Lənkəranda 4 otaqlı ev yanıb

Lənkəran şəhərinin Girdəni kəndində ümumi sahəsi 195 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb. Boyukmillet.com bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »

Tovuzda gənc oğlan Kür çayında batıb

Kür çayında bir nəfər batıb. “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə çayın Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Cəlilli kənd sakini, 1996-cı il təvəllüdlü Qasımov Ümid Elçin oğlu Kürdə boğulub. Onun meyiti tapılaraq ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Kürdəmirdə 24 yaşlı piyadanı avtomobil vurdu

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “VAZ 21011” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən rayon sakini 24 yaşlı Süleymanova Gülşən Sərhəd qızını vurub. Yaralı müxtəlif növ bədən xəsarəti alaraq  Kürdəmir rayon Mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Cəlilabadda meşədə yanğın oldu

Cəlilabad rayonunda meşə ərazisində yanğın baş verib.  Boyukmillet.com-un məlumatına görə, yanğın hadisəsi rayonun Fətullaqışlaq kəndi yaxınlığında yerləşən meşə ərazisində qeydə alınıb. Yanğın nəticəsində 0,3 hektar sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.  Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilməklə söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Bakı sakini Füzulidə ağır qəza törətdi

Füzulidə iki navtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.  Qəza nəticəsində Bakı sakini 1983-cü il təvəllüdlü Quliyev Cəlil Miri oğlu xəsarət alıb. Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıb.  Müayinə zamanı ona qapalı kəllə-beyin və boyunun küt travması diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Read More »

Novxanıda gənc oğlan dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Bu barədə Open.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1995-ci il təvəllüdlü İmamhüseynov Anar Rasim oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Read More »

Azərbaycanda kriminal avtoritet həbs olundu

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunmuş, kriminal aləmdə “Krıtı Malış Gəncəli” ləqəbi ilə tanınan …

Read More »

Bakıda narkotik alveri ilə məşğul olan qadın yaxalanıb.

Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtn Binəqədi rayonunda baş verib. Daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları rayon ərazisində keçirdikləri əməliyyat zamanı Binəqədi rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 178-ci(dələduzluq) maddəsilə məhkum olunmuş, 1985-c il təvəllüdlü Firuzə Mənsimovanı saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,213 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma …

Read More »

Baş Prokurorluq məlumat yaydı

Xəbər verildiyi kimi, cari il iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun və …

Read More »

Bakıda iki yeniyetmə qızı avtomobil vurdu

Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com-un məlumatına görə, hadisə paytaxtın mərkəzində, Dilarə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsi 2004-cü il təvəllüdlü Əliyeva Türkan  və 2005-ci il təvəllüdlü Pəsiyeva Xədicəni vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Ə. Türkana bazunun sınığı, P. Xədicəyə isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Read More »