Cümə , 17 May 2024

hadisə

Bakıda 30 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet. com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1990-cı il təvəllüdlü Ağayev Nurlan Akif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Yaralıya qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Read More »

AQTA qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını aldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolu ünvanında fiziki şəxs Babayev Füzuli Hidayət oğlunun həyətyanı sahəsinə baxış zamanı tikili sahədə heç bir baytarlıq-sanitariya ekspertiza arayışı və mənşəyi məlum olmayan, ilkin orqanoleptik göstəricilərinə görə kəskin qoxulu, rəngi qaralmış, üzərində yapışqan seliklər olan ümumi çəkisi 200 kq-a yaxın at əti aşkarlayıb. …

Read More »

Qonaq getdiyi evdə özünü asdı

Saatlıda intihar hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Qıraqlı kəndində qeydə alınıb. Belə ki, rayonun Mollavazlı kənd sakini, 1967-ci il təvəllüdlü Rövşən Baladayı oğlu Əliyev qonaq getdiyi evdə özünü asaraq intihar edib.

Read More »

17 yaşlı oğlan Kürdə batdı

17 yaşlı oğlan Kürdə batıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlu batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Read More »

“Amrahbank”ın sahibinin oğlu həbs edildi

Tanınmış prokuror Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan “AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilib. Boyukmillet.com xəbər verir ki, Ü. İldırımzadə “AmrahBank”ın Müşahidə Şurasının sədri Y. İldırımzadənin müşaviri olub. O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb. İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsi tərəfindən Ü. İldırımzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. …

Read More »

Goranboyda yol qəzasına düşən şəxs xəstəxanda öldü

İyulun 1-i saat 21 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Qaradağlı kənd sakini E.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Düzqışlaq kənd sakini Ə.Quliyevin idarə etdiyi “T-28” markalı traktor toqquşub. Boyukmillet.com xəbər verir ki, nəticədə Ə.Quliyevin sərnişini olan Əmin Muradov xəstəxanaya yerləşdirilib və iyulun 2-də orada ölüb. Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Read More »

Ağcabədidə 7 tona yaxın yararsız ət aşkar edildi

Boyukmillet.com xəbər verir ki, ölkəmizdə dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran əməllərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir. Belə ki, Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada istifadəyə yarasız ət məhsullarının kəsimi …

Read More »

Bakıda evdən qadın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-dən Open.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Xaziyeva Alla Akilovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Read More »

Yol qəzalarında 3 nəfər öldü

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, iyunun 30-da törədilən 13 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti …

Read More »

Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü

Bakıda yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə iyunun 29-u saat 22 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, paytaxt sakini, 1990-cı il təvəllüdlü Pərvin Sadıqov idarə etdiyi “Chevrolet” markalı avtomobillə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Emin Əbilovu vurub. İyunun 30-da E.Əbilov rayon xəstəxanasında ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Read More »