Çərşənbə axşamı , 30 Aprel 2024

hadisə

Bakı sakini tanışını öldürərək Beyləqanda basdırıb

İyunun 16-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Nazim Musayevin evdən çıxaraq geri qayıtmaması barədə 25-ci Polis Şöbəsinə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və itkin düşmüş N.Musayevin iyunun 17-də Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində tanışı, Bakı şəhər sakini Z.Seyidov tərəfindən küt alətlə qətlə yetirilərək basdırılması …

Read More »

İtkin düşmüş qızlar Bakıya gələn “KamAZ”da tapıldı — TƏFƏRRÜAT

Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşən 3 qız tapılıb. Belə ki, 10, 14 və 16 yaşı olan bu qızlar Bakıda yaşayan, Şərəfə kəndindən olan şəxslərin övladlarıdır və kəndə qonaq gəliblər. Axşam saatlarında həmin qızlar Bakıya qayıtmağa qərar veriblər.  Onların qonaq qaldığı yer Ələt-Astara yolunun yaxınlığında yerləşib. Qızlar yola çıxaraq Bakı istiqamətinə gedən bir “KamAZ” maşınına miniblər. Axtarışlar nəticəsində yük …

Read More »

Kürdəmirdə həyətdə oynayan 4 yaşlı uşağı ilan sancdı

Kürdəmir rayonunda azyaşlı uşağı ilan sancıb. Boyukmillet.com -un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 4 yaşlı Əhmədova Nur Rəvan qızı həyətyani sahədə oynayarkən onu ilan sancıb. Yaxınlarının köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Azyaşlıya ilan zəhəri əleyhinə zərdab vurulub. Fakt araşdırılır.

Read More »

Kürdəmirdə 49 yaşlı kişi intihar etdi

Kürdəmir rayon sakini intihar edib. Boyukmillet.com xəbər verir ki hadisə bu gün səhər saatlarında Cəyli kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Yusif Əlmövsüm oğlu Dadaşov yaşadığı evdə özünü asıb.  Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları və prokurorluğunun əməkdaşları cəlb olunub. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Y.Dadaşov ailəlidir və iki qız atasıdır.

Read More »

Azərbaycanda DƏHŞƏTLİ qəza: 3 nəfər öldü

Masallıda avtomobilin dərəyə aşması nəticəsində ölən şəxslərin kimliyi müəyyənləşib. APA-nın yerli bürosunun xəbərinə görə, ölənlər sürücü, 52 yaşlı Seymur Vidadi oğlu Şirəliyev, 24 yaşlı Rəna Əyyar qızı Mahmudova və 2 yaşlı Nuray Orxan qızı Şirəliyevadır.

Read More »

Qobustanda kütləvi zəhərlənmə, bir ailənin 5 üzvü siçan dərmanı içdi

Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib. Boyukmillet.com Trendə-ə istinadən məlumat verir ki, Qobustan şəhər sakinləri – Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib. Onlar təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Read More »

Bakıda gənc qız pnevmoniyadan öldü

Bakıda 26 yaşlı qadın pnevmaniyadan dünyasını dəyişib. TƏBİB-dən Axar.az-a verilən məlumata görə, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. “Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmaniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz ondan sonra məlum olacaq.

Read More »

Hacıqabulda avtomobil aşdı, xəsarət alanlar var – FOTO

Boyukmillet.com xəbər verir ki Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  Hadisə Bakı-Qazax avtomobil yolunda qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Azərbaycanda polisə müqavimət göstərən şəxs GÜLLƏLƏNDİ

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir ki, bu il yanvarın 11-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev paytaxtın Sabunçu rayonu ərazisində əhalinin sıx toplaşdığı ictimai yerdə üzərində qanunsuz gəzdirdiyi odlu silahdan xuliqanlıq zəminində havaya 3 dəfə atəş açaraq hadisə yerindən qaçıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq …

Read More »